1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:01.07.2020 16:10:47

İyulda nadir astronomik hadisə - planetlərin paradı baş verəcək.

İslamazeri.com Sputnik-ə istinadla xəbər verir ki, onu izləmək mümkün olmayacaq. Moskva Planeteriyasının elmi direktoru Faina Rublyova bildirib ki, Uran və Neptun Yer kürəsindən çox uzaqda olduğu üçün onu müşahidə etmək üçün teleskopa ehtiyac olacaq. Saturn, Yupiter və Uran isə göy üzündə gecə yarısı, Venera isə səhər görünəcək. Merkuri Günəşə çox yaxındır və ona ulduzların şüaları kölgə salır.

Planetlərin paradının ən yaxşı mənzərəsi Günəş sistemindən bir neçə milyard kilometr məsafədən açılır. Oradan planetlərin bir istiqamətə necə toplandığını görmək mümkündür. Ancaq insanlar hələ də bu nöqtəyə çata bilmirlər.

Elmi direktor, planetlərin yavaş-yavaş hərəkət etdiyini və paradın ən azı iki həftə davam edəcəyini qeyd edib. Beləliklə, iyulun 4-dən gecə saatlarında Mars, Yupiter və Saturnu müşahidə etmək mümkün olacaq. İyulun 14-dək Yupiter və Saturn Günəşə qarşı mövqedə olacaq və onun şüalarını yaxşı əks etdirəcək, bu da görünmə qabiliyyətini yaxşılaşdıracaq.

Faina Rublyova qeyd edib ki, planetlərin paradı insanlara heç bir təsir etməyəcək.

Bu, müntəzəm və yaxşı öyrənilmiş astronomik bir hadisədir və heç bir dəhşətli əlamət ehtiva etmir.


İyulda nadir astronomik hadisə baş verəcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda əcnəbi seriallara qoyulan qadağa ləğv olundu, lakin şərti var...
    Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
     13.08.2020
    Ruhani Ərəb ölkələrinə: Biz olmasaydıq Səddam sizi yeyərdi
    Ruhani Fars körfəzi Əməkdaşlıq Şurasının İrana qarşı silah embarqosunun uzadılması istəyinə cavab verib
     13.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ