1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:11.01.2021 12:28:18

“Gürcü Arzusu”nun sədri Bidzina İvanişvili siyasətdən getdiyini açqlayıb.

İslamazeri.com "Az.shafaqna.com" xəbər verir ki, o bu haqda ictimaiyyətə məktubunda qeyd edib.

“Hakim komanda həqiqətən alternativi olmayan ideal komandadır. Mən əminəm ki, bu komanda mənim zəhmətlərim, bacarığımı ləyaqətlə əvəz edə biləcək.”, -deyə İvanişvili bildirib.

İvanişvili məktubunun əsas hissəsində missiyasını tamamladığını önə çəkərək Partiya sədrliyi, həmçinin partiyanın özündən ayrıldığını qeyd edib.

İvanişvili kimdir?

İvanişvili 1956-cı ildə Gürcüstanın Saçxer rayonunun Çorvila kəndində anadan olub. Gürcüstan Dövlət Universitetinin mühəndis-iqtisadiyyat fakültəsini bitirib. Moskvada aspirantura təhsili alıb. Gürcüstanın “Kartu” bankının sahibidir. 2012-ci ilə qədər Rusiyada bank və apteklər şəbəkəsinin sahibi olub. “Unikor” qrupunun sahibi, iqtisad elmləri namizədi

2011-ci ildən siyasətlə məşğuldur. Gürcüstanda 1 oktyabr 2012-ci il parlament seçkilərində onun rəhbərlik etdiyi Gürcüstan arzusu-Demokratik Gürcüstan seçki bloku deputat yerlərinin yarıdan çoxunu qazana bildi.

Həm Rusiya, həm də Fransa vətəndaşlığı olan İvanişvilini “Forbes” jurnalı 2012-ci ildə Gürcüstanın ən varlı adamı elan edib. Üç oğlu və bir qızı var. Həyat yoldaşı və uşaqları Fransa vətəndaşlarıdır.

Gürcüstan baş naziri ola bilmək üçün, İvanişvili 2012-ci ilin oktyabr ayında Rusiya və Fransa vətəndaşlığından çıxdı və təkrar Gürcüstan vətəndaşlığı verildi.


İvanişvili siyasətdən getdi: Missiyamı tamamladım

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dəniz quldurları Türk gəmisinə hücum edərkən bir azərbaycanlı öldürülüb - TƏFƏRRÜAT
    Nigeriya sahillərində dəniz quldurları tərəfindən Türkiyə gəmisinə basqın edilib, bir azərbaycanlı öldürülüb.
     24.01.2021
    Gürcüstanda ticarət mərkəzləri 1 fevraldan açılır
    Gürcüstanda bazarların açılması ilə bağlı gündəmdə olan məsələ məlum olub
     23.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ