Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:25.11.2021 12:09:43

Yaşıllar Partiyası hökumətdən geri çəkildikdən sonra Baş nazir Andersson tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

İslamazeri.com türk mediasına istinadən xəbər verir ki, İsveç parlamentinin yeni Baş nazir seçdiyi Sosial Demokrat Partiyasının (SDP) yeni sədri Maqdalena Andersson səlahiyyətlərinin icrasına başlamasından bir neçə saat sonra istefa verib.

Koalisiya hökumətinin ortağı Yaşıllar Partiyası sağ partiyaların hazırladığı büdcənin parlamentdən keçməsindən sonra hökumətdən çəkildiyini açıqlayıb.

Yaşıllar Partiyası hökumətdən geri çəkildikdən sonra Baş nazir Andersson tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Beləliklə, Anderssonun vəzifəsinin icrası 7 saat davam edib.

Yaşıllar Partiyasının həmsədri Per Bolund “Biz ölkəni sağ meyilli partiyalar tərəfindən hazırlanmış büdcə ilə idarə etmək istəmirik və buna görə də hökumətdən çəkilməyi seçdik” ifadələrindən istifadə etmişdir.

Qeyd edək ki, Maqdalena Anderssonun İsveç parlamentinin yeni Baş nazir seçilməsi ölkə tarixində birinci dəfə idi. İlk dəfə idi ki, ölkənin Baş naziri vəzifəsinə xanım seçilirdi.

M.Andersson 2014-cü il seçkilərində deputat seçilərək Baş nazir Stefan Löfven tərəfindən maliyyə naziri təyin edilib. O, 2020-ci ildə BVF-nin Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin sədri seçilib. 2014-cü ildən indiyədək hökumətə başçılıq etmiş Baş nazir və SDP-nin sabiq sədri Stefan Löfven bu il iyunun 28-də istefa ərizəsi verib, noyabrın 10-da isə 349 yerlik parlament 181 səslə ilk dəfə Baş nazirə etimadsızlıq göstərib.


İsveçin yeni seçilmiş Baş naziri 7 saatdan sonra vəzifəsindən istefa verib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ