1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:8.11.2019 09:55:43

Türkiyənin İstanbul şəhərinin Avcılar bölgəsindəki özəl xəstəxanalardan birində işləyən azərbaycanlı qadın həkimə silahlı hücum anının görüntüləri yayımlanıb.

Türkiyənin İstanbul şəhərinin Avcılar bölgəsindəki özəl xəstəxanalardan birində işləyən azərbaycanlı qadın həkimə silahlı hücum anının görüntüləri yayımlanıb. 

Oxu.Az xəbər verir ki, xəstəxananın sahibi olan türkiyəli həkim əlində silahla axşam saatlarında üç yaşlı uşağı olan azərbaycanlının oturduğu otağa yaxınlaşıb. 

Bu zaman qapının bağlı olduğunu görüb və qadından qapını açmasını tələb edib. 

 Hadisənin görüntüləri xəstəxanadakı təhlükəsizlik kameralarına əks olunub. 

Məlumata görə, güllə yarası alan azərbaycanlı qadının vəziyyəti ağırdır. 

Polis tərəfindən saxlanılan Cəlal adlı həkim hakim qarşısına çıxarılıb və barəsində həbs qərarı çıxarılıb. 

Bundan başqa, baş verən hadisənin təfərrüatı məlum olub. 

Tibb mərkəzinin sahibi, 66 yaşlı Cəlal Tosunoğlu evli olmasına baxmayaraq, 35 yaşlı Aida Xasıyeva ilə eşq yaşayıb. 

Tərəflər arasında mübahisə də qısqanclıq zəminində baş verib. Tosunoğlu Xasıyevaya mübahisə zamanı bir dəfə atəş açıb. 

Həmçinin, məlum olub ki, Tosunoğlu birlikdə yaşadığı Xasıyevanın avtomobilinə izlənmə cihazı quraşdırıb və harada olduğunu soruşduqda yalan cavab aldığı üçün qəzəblənib.


İstanbulda azərbaycanlı həkim güllələnib - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dəniz quldurları Türk gəmisinə hücum edərkən bir azərbaycanlı öldürülüb - TƏFƏRRÜAT
    Nigeriya sahillərində dəniz quldurları tərəfindən Türkiyə gəmisinə basqın edilib, bir azərbaycanlı öldürülüb.
     24.01.2021
    Gürcüstanda ticarət mərkəzləri 1 fevraldan açılır
    Gürcüstanda bazarların açılması ilə bağlı gündəmdə olan məsələ məlum olub
     23.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ