1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:23.06.2019 22:17:03

Türkiyənin ən böyük şəhəri olan İstanbulda yenidən bələdiyyə sədri seçkiləri keçirilib

İslamazeri.com xəbər verir ki, bu gün Türkiyənin ən böyük şəhəri olan İstanbulda yenidən bələdiyyə sədri seçkiləri keçirilib. Bu seçkilər 31 mart tarixində keçirilsə də, hakim partiyanın şikayətindən sonra seçkilərin nəticələri ləğv edilib və yeni seçkilər 23 iyun tarixinə təyin edilmişdi.

İstanbul bələdiyyə sədri postuna əsas mübarizə iqtidarda olan Ədalət və İnkişaf Partiyasından Binəli Yıldırım və müxalif Cümhuriyyət Xalq Partiyasından Əkrəm İmamoğlu arasında baş tutub.

Türkiyə televiziyasının İmamoğlunun 95 faiz irəlidə olmasından sonra Binəli Yıldırım Əkrəm İmamoğlunu təbrik edib.

“Bu ana seçkilərdəki rəqibim Əkrəm İmamoğlunun öndə olduğu görünür. Onu təbrik edirəm. Uğurlar arzulayıram” , -deyə Binəli Yıldırım deyib.

Türkiyə prezidenti də, seçkidə qalib olan İmamoğlunu təbrik edib.

Ərdoğan "İstanbul Böyükşəhər Bələdiyyə Sədrliyi yeniləmə seçimi nəticələrinin İstanbulumuz üçün xeyirlərə vəsilə olmasını arzu edirəm. Milli iradə bu gün bir daha təcəlla etmişdir. Qeyri rəsmi nəticələrə görə seçkinin qalibi olan Əkrəm İmamoğlunu təbrik edirəm", -deyə qeyd edib.

Qeyd edək ki, ANKA agentliyinə görə, açılan 99, 99  faiz sandıqlardan 54.19 faiz Əkrəm İmamoğlu, 44.97 Binəli Yıldırım səs toplayıb.


İstanbul seçkiləri: Ərdoğan İmamoğlunu təbrik etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ruhani: ABŞ və İsrailin planı puç oldu! Qalib İrandır!
    İran prezidenti ölkədəki hadisələr barədə danışıb.
     20.11.2019
    Oqtay Gülalıyev təkrar əməliyyat olunacaq
    Noyabrın 20-də səhər saatlarında İstanbulun "Amerika Xəstəxanası"nda Oqtay Gülalıyevin növbəti neyrocərrahi əməliyyatı başlayıb
     20.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ