EURO 1,8352 TRY 0,2784
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:05.02.2020 11:46:46

İsrailin su altında qalan qırıcılarının olduğu bazanın komandiri vəzifəsindən azad edilib

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, yanvar ayında leysan yağışlardan sonra İsrailin hərbi bazalarının su ilə dolması və qırıcılarının sıradan çıxması ilə bağlı tam olaraq məlumatın yayılması ilə bağlı senzura götürülməyib.

Lakin bu qalmaqalla bağlı xidməti istintaqla bağlı bəzi məlumatların yayımlanmasına icazə verilib.

İsrail mediası bildirir ki, İsrail qırıcılarının suda qərq olduğu “Xatsor” hərbi hava bazasının komandiri polkovnik A. (adı açıqlanmır) vəzifəsindən qovulub.

Ekspertlərin ilkin rəyinə görə qırıcıların su altında qalmasının səbəbi, kanalizasiya sisteminin işləməməsi, düzgün məlumatın vaxtında verilməməsi olub.

Onların rəyinə görə, bu məsələdə İsrail Ordusuna 30 milyon şekel (8 milyon dollardan çox) ziyan dəyib.

HHQ komandanı Amikam Norkin məsələ ilə bağlı hərbçilər önündə çıxışında “Hərbi aviasiya hissəsinə ciddi ziyan dəymişdir. Əlbəttə əgər düzgün hazırlıq olsaydı, ziyanı azaltmaq mümkün olardı.”, -deyə bildirib.

O həmçinin deyib ki, bu haqda senzura olmasaydı, vaxtında operativ addımlar ciddi ziyanın qarşısını alardı.

Məlumata görə, su altında 8 qırıcı qalıb və onların 5-i təmir olunub, lakin 3-ünün təmiri 1-2 ay sürəcək və 3 qırıcının xidmətə yararlı olması hələ dəqiq məlum deyil.


İsrailin su altında qalan qırıcıları haqqında yekun rəy: Kanalizasiya, 8 milyon dollar və...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan neftinin bu günə olan qiyməti
    Azərbaycan neftinin bu günə olan qiyməti haqqında məlumat.
     21.02.2020
    Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru və müavini rüşvət ittihamı ilə saxlanıldılar - RƏSMİ
    Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib
     20.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ