EURO 1,897 TRY 0,2815
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:18.04.2019 18:31:22

İsrailin Quru Qoşunları Komandanı Livan Hizbullahının İsrailə olan təhlükələrindən danışıb

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, İsrailin Quru Qoşunları Komandanı general mayor Yoel Strik Livan Hizbullahının İsrailə olan təhlükələrindən danışıb. Onun sözlərinə görə, Hizbullahın gizli tunellərinin dağıdılmasına baxmayaraq Hizbullah İsrailə hücum etmək üçün fürsətini gözləyir.

"Hizbullahın İsrailə hücum planları var. Əlbəttə biz bu planların həyata keçirilməsinə imkan vermərik, bu planları məhv edərik. Əgər məndən olsaydı, məsləhət görərdim ki, Livan və Hizbullaha müharibə elan edək.", -deyə İsrailin Quru Qoşunları Komandanı general mayor Yoel Strik bildirib.

"Mən bu müharibədən qalib çıxacağımıza əminəm", -deyə Strik Ynetə müsahibəsi zamanı əlavə edib. 

Bu açıqlamalara baxmayaraq İsrailin bəzi generalları, həmçinin yüksək rütbəli rəsmiləri Strikin bu cür açıqlamalarının reallığına şübhə ilə yanaşırlar.  İsrail rejimi ordusunun arxa cəbhə xidmətinin komandanı general-mayor Tamir Yadai ötən ilin noyabr ayında Aşkelon şəhərində yerli şura və bələdiyyə başçıları ilə görüşdə bildirmişdi ki, növbəti müharibədə arxa cəbhə olduqca ciddi təhlükə ilə üzləşəcək. Yadainin digər açıqlaması da bu haqda olmuşdu. Ötən ilin may ayında General mayor Tamir Yadai verdiyi açıqlamada israillilərin İran (Livan, Suriya) raketlərindən kifayət qədər müdafiə olunmayacağını etiraf etmişdi. Onun sözlərinə görə, söhbət 700 min mənzildən gedir ki, bu cür mənzillərin müdafiə otağı və sığınacağı yoxdur. İsrail parlamentində açıqlama verən Yadai həmçinin etiraf edib ki, ölkədəki sığınacaqların 1/3-i istifadəyə yararsızdır.

İsrail rejiminin təhsil naziri Naftali Bennet ötən ilin dekabr ayında verdiyi müsahibə zamanı Livanın “Hizbullah” hərəkatının hazırda 140 min raketə sahib olduğunu bildirərək deyib ki, İsrail indiyədək “Hizbullah”a 2 dəfə etinasızlıq göstərib.

Bennet etiraf edib ki, İsrail ilk dəfə 2000-2006-cı illərdə və sonra da 2013-cü ildə “Hizbullah”ın hərbi gücünə laqeyd yanaşıb.

O qeyd edib ki, hərbi imkanlarını artıran “Hizbullah” 2013-cü ildə öz raketlərinin sayını bir neçə mindən 140 minə çatdırıb.

“Hizbullah”ın 1990-cı illərdə İsrail üçün strateji təhdid olmadığını deyən Bennet əlavə edib ki, “etinasızlıq nəticəsində “Hizbullah”ın hərbi imkanları artıb”.

İsrail rejiminin Silahlı Qüvvələrinin (TSAXAL) işləri üzrə ombudsman, ehtiyatda olan general-mayor İtsxak Brik hesab edir ki, İsrail nə HƏMAS-la, nə də “Hizbullah”-la növbəti müharibəyə hazırdır. O hökuməti gizli məruzə ilə bu haqda dəfələrlə xəbərdar edib.

O dəfələrlə etiraf edib ki, rezerv hərbi hissələr üçün hərbi təlimlər onların müharibə şəraitindəki tapşırıqları üzərində fokuslaşmayıb, fövqəladə hallar üçün nəzərdə tutulmuş hərbi texnika anbarları isə lazımi şəkildə istifadə edilmir, üstəlik təchizatın böyük hissəsi istifadə üçün yararlı deyil - ətraflı.

Qeyd edək ki, İsrail tərəfi ara-sıra bu cür açıqlamaları ilə yadda qalırlar. Hizbullah da bu açıqlamalara cavab verirlər. Ötən ilin Aşura günündə Livanın "Hizbullah" Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullah İsraili müqavimətin dəqiq zərbə endirən raketləri olduğu barədə xəbərdarlıq etmişdi. Aşura günü Beyrutda keçirilən yas mərasimində danışan Nəsrullah, dəqiq zərbə endirən raketlər haqqında İsrailin artıq bu işin başa çatdığını bilməsi və müqavimətin bu gücü olduğunu anlamasını istədiyini bildirmişdi. Nəsrullah "Əgər İsrail Livanla müharibə etməyə cəhd edərsə, heç bir zaman gözləmədiyi bir aqibətlə üzləşəcək", - demişdi.  Nəsrullah həmçinin müharibənin taleyini tək başına texnologiyanın təyin etmədiyini, bununla yanaşı insan faktorunun da çox önəmli olduğunu yada xatırlatmışdı.


İsrailin Quru Qoşunları Komandanı Hizbullaha müharibə elan olunmasını istəyir? - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanın daxili dövlət borcunun məbləği artıb
    Azərbaycanın daxili dövlət borcunun məbləği artıb və borc məbləği əsasən dövlət istiqraz vərəqələri üzrə borcdan formalaşıb.
     21.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ