EURO 2,0016 NEFT 79,57
USD 1,7 RUB 0,0276
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:15.05.2018 10:33:17

Xəbər verildiyi kimi dünən Fələstin xalqı ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz əlaməti olaraq "milyonluq qəzəb" adı ilə böyük mitinq təşkil edib

İslamazeri.com xəbər verir ki, dünən Fələstin xalqı ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz əlaməti olaraq "milyonluq qəzəb" adı ilə böyük mitinq təşkil edib. İsrail Ordusu aksiya iştirakçılarına hücum edib. Hücum zamanı 1-i körpə, 6-sı uşaq və yeniyetmə olmaqla 59 nəfər dünyasını dəyişib. BBC-nin məlumatına görə, Fələstin hakimiyyəti hadisəni "qırğın" adlandırıb. BMT "insan haqları pozuntuları" barədə danışıb. Küveyt "hiddət və kədər" ifadə edərək BMT Təhlükəsizlik Şurasını hadisələrin müstəqil araşdırma aparılmasına çağırıb, ancaq ABŞ buna maneə törədib.

 Fransa prezidenti Emanuel Makron bir bəyanat yayaraq dünən onlarla fələstinlinin Qəzzada öldürülməsini pisləyib və  fələstinlilərə qarşı zorakılıqlara son qoyulmasının tələb edib. Britaniya baş nazirinin ofisi də bəyanat yayaraq bildirib ki, Qəzzada sakinlərə qarşı zorakılıqlar və onlarla sakinin öldürülməsi barədə yayılan məlumatlara görə nigaranıq. 

Kanada XİN də fələstinlilərin dünən sionist hərbçilər tərəfindən qırğınının heç cür əsaslandırılası olmadığını bildirib və Kanadanın fələstinlilərə qarşı zorakılıqlarının artmasından nigaranlıq ifadə edib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin terror dövləti olduğunu bildirib.

"İsrail dövləti terror həyata keçirir. İsrail terror dövlətidir", - deyə Türkiyə lideri bildirib.

Onun sözlərinə görə, İsrail hökumətinin Qəzza zolağındakı hərəkətləri soyqırımıdır. 

Bu arada ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsindən sonra baş verən hadisələrlə əlaqədar Türkiyədə 3 günlük matəm elan olunub.

İran İslam Respublikası XİN sözçüsü açıqlama verərək "Müdafiəsiz fələstinli uşaq, qadın və dinc sakinlərin qırğın edilməsi və fələstinlilərin ərazilərinin işğalı, son 70 ildə sionistlərin əsas strategiyasına çevrilib və bu istiqamətdə dünən amerikanlar və sionistlər günahsız insanların qırğın edilməsi ilə müşayiət olunan ABŞ-ın səfirliyindəki şənlik mərasimində iştirak ediblər.", -deyə bildirib.

Ağ Ev sözçüsü Raj Shah deyib ki, "faciəli ölümlər üçün məsuliyyəti Həmas daşıyır və Həmas belə bir cavabı qəsdən təhrik edir".

CAR İsrailin hücumunu tənqid edib, Misir də İsrail əsgərlərinin törətdiklərini tənqid edib.

Dünənki qırğına beynəlxalq insan haqları təşkilatları da münasibət bildirib. Amnesty İnternational İsrail əsgərlərinin törətdiklərini sərt tənqid edib. "Qəzzada baş verənlər beynəlxalq hüququn və müharibə qanunlarının açıq şəkildə pozulmasıdır. İsrail rəsmiləri Qəzzada törətdiklərinə son verməlidirlər", -deyə təşkilatın bəyanatında bildirilib.

BMT-nin baş katibi Quterreş İsraildən odlu silahdan istifadə etməyi dayandırmasını istəyib.


İsrailin Qəzzadakı son qətliamına beynəlxalq reaksiya

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müsəlman ölkəsində onlarla insan gün vurmasından öldü
    Pakistanda gün vurması nəticəsində onlarla insan dünyasını dəyişib.
     22.05.2018
    İsraildə ailələrdə cinsi təcavüz halları çoxalıb - STATİSTİKA
    "Elem" cəmiyyətin İsraildəki zorakılıq halları ilə bağlı məlumat yayıb.
     22.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ