EURO 1,9097 TRY 0,2896
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:20.05.2019 22:38:29

İsrail rejimi HƏMAS-la 6 aylıq sülh müqaviləsi - atəşkəs haqqında razılığa gəlib

İsrail rejimi HƏMAS-la 6 aylıq sülh müqaviləsi - atəşkəs haqqında razılığa gəlib.

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, bu xəbər yayıldıqdan sonra bəzi İsrail partiyaları etiraz açıqlamaları yayıblar.

Otsma Xa Yexudit partiyası atəşkəsi təqnid edərək "Bu - rüsvayedici bir kapitulyasyadan başqa bir şey deyil. Bu vaxt ərzində HƏMAS vaxt udacaq və daha güclü olmasına zəmin yaradacaq. HƏMAS sərt şəkildə İsrailə diqtə edir və höküməti dizi üstə qoyur. Netanyahunun "güclü hüquq" deklarasiyası əhəmiyyətini çoxdan itirib və terror qruplaşmaları İsrailə hücumun nə dərəcədə sərfəli olmasını açıq aşkar anlayıblar. Qəzza üçün HƏMAS-ın məhv edilməsi lazımdır və Qəzzanın nəzarətinin ələ keçirilməsi lazımdır. Yəhudi yaşayış yerlərinin Qəzzada salınması lazımdır.", -deyə bildirib.

Məlumata görə, İsrail HƏMAS-la Misir və BMT təmsilçisi Nikolay Mladenovun vasitəçiliyilə şüfahi atəkəs haqqında 6 aylıq razılığıa gəliblər.

Razılığa əsasən balıqçılığın 15 mil uzadılması, BMT xəttilə Qəzza əhalisinin iş probleminin həlli, tibbi və humanitar yüklərin Qəzzaya problemsiz çatdırılması, Keçid Məntəqəsinin işinin bərpası, tibbi sahələrin fəaliyyətə başlaması, Energetika sahəsində danışıqların addım atma proseduruna keçilməsi reallaşacaq.

Qeyd edək ki,  hər iki tərəf atəşkəsə əməl edəcək və İsrail Kerem-Şalom sərhəd terminalının, Misir isə Rəfah sərhəd postunun fəaliyyətinə start verməlidir.

İkinci etapda İsrailin Qəzzaya tətbiq etdiyi bütün blokada götürüləcək, hətta enerji və qadağan olan bəzi məhsulların Qəzzaya girişinə icazə veriləcək.

Üçüncü etapda BMT-nin böyük humanitar lahiyələri reallaşacaq, hansı ki əvvəl bu layihələr çərçivəsində  Suveyş kanalına daxil olan Misirin İsmailiyə limanı, Sinayda hava limanı və elektrik stansiyasın tikilməsi haqda məlumatlar dolaşırdı. Bu baş verərsə, bu humanitar layihələr də Qəzzaya xidmət edəcək.

Son müharibə zamanı Kaxol-lavan partiyasının liderlərindən olan Yair Lapid  "690 raket, 4 ölü və baş nazir İsrail vətəndaşlarına açıqlama vermir - bu qorxaqlıqdır. Vətəndaşlarla danışın, nə baş verdiyini açıqlayın, Daxili Cəbhənin komandanlığını açıqlama verməsinə zəmin yaradın. Bu atəşkəs deyil, kapitulyasiyadır.", -deyən Lapid "Bu siyasi cəsarət deyil, qorxaqlıqdır. İsrail vətəndaşları ilə görüşməyə belə cəsarətləri yoxdur.", -deyə bildirmişdi.

Qeyd edək ki, may ayının əvvəlində İsrail Qəzzaya hücum etmiş, müqavimətin güclü əks hücumu nəticəsində İsrail atəşkəsə razılıq vermişdi. İsrail müqalifəti bunu qorxaqlıq və məğlubiyyət adlandırmışdı - ətraflı.


İsrailin HƏMAS-la 6 aylıq sülh müqaviləsi: Yəhudi partiyalar bunu məğlubiyyət adlandırdı - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanda məktəbdə yanğın
    Gürcüstanda məktəbdə yanğın baş verib
     18.06.2019
    Şirkət direktorunun otağına qumbara atan şəxsin məhkəməsi başlayıb
    Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şirin Astanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
     18.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ