EURO 1,8355 TRY 0,2801
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:13.09.2019 09:25:27

Netanyahu ölkəsinin Ağ Ev yaxınlığında izləyici cihazlar quraşdırması barədə məlumatları inkar edib

islamazeri.com xəbər verir ki, İsrailin baş naziri  Benyamin Netanyahu ölkəsinin Ağ Ev yaxınlığında izləyici cihazlar quraşdırması barədə məlumatları inkar edərək bunun “tamamilə uydurma” olduğunu bildirib.

Amerikanın Səsinə danışan İsrail səfirliyinin sözçüsü də Politico xəbər saytının məlumatını rədd edərək “İsrail ABŞ daxilində espionaj əməliyyatları keçirmir” deyə bildirib. 

Sayt yazır ki, ABŞ hökuməti yaxın müttəfiqi sayılan İsrailin yəqin ki, Ağ Evin nəzdində və başqa həssas yerlərdə tapılmış izləyici qurğular yerləşdirdiyinə inanır.

"StingRay" kimi tanınan kiçik izləyici cihazlar “güman ki, Prezident Donald Trampı izləmək üçün qoyulub,” Politico yazır. Lakin İsrail səylərinin müvəffəq olub-olmadığı aydın deyil.

Anonim mənbələrə istinad edəmn Politico cihazların bir müddət əvvəl tapıldığını yazır. 

Son məlumatlar Netanyahunun İsrail seçkilərində qızğın yarışda rəqabət ərəfəsində açıqlanıb.

Habelə xəbər Trampın İranla bağlı Netanyahunun tutduğu mövqedən uzaqlaşması və İran Prezidenti Həsən Ruhani ilə mümkün görüşə işarə etməsi ilə eyni həftəyə təsadüf edir.


İsrailin Ağ Ev yaxınlığında izləyici cihazlar yerləşdirməsinin üstü açılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin köməkçisi Surkovu işdən çıxardı
    Rusiya Prezidenti Vladimir Putin köməkçisini işdən çıxarıb.
     19.02.2020
    Ən çox bu rayonların polisindən şikayət var - SİYAHI
    Bu haqda Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində yer alıb
     19.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ