EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:02.11.2017 11:42:58

"İsrail Dövləti"nin yaradılmasına əsas sayılan Balfur Bəyannaməsinin ildönümü İngiltərə Baş nazirinin iştirakı ilə qeyd edilib. Digər tərəfdən, bu yubiley bir çox etiraza da səbəb oldu.

"İsrail Dövləti"nin yaradılmasına əsas sayılan Balfur Bəyannaməsinin ildönümü İngiltərə Baş nazirinin iştirakı ilə qeyd edilib. Digər tərəfdən, bu yubiley bir çox etiraza da səbəb oldu.

İslamazeri.com xəbər verir ki, 1917-də Birləşmiş Krallığın xarici işlər naziri Artur Ceyms Balfur tərəfindən zamanın tanınmış ingilis yəhudisi Lord Uolter Rotşildə göndərdiyi Balfur Bəyannaməsinin 100-cü ildönümü qeyd olunub.

Məktubda İngilis hökumətinin Fələstin torpaqlarında Yəhudi dövləti qurmaq istəyi dilə gətirilirdi. İsraillilər bu məktubun İsrail Dövlətinin yaranmasında əsas olduğunu düşünür.

Fələstinlilər isə onlara edilən haqsızlığa görə Böyük Britaniyanın üzr istəməsini gözləyir.

İngiltərə Baş naziri Tereza Mey iştirak etdiyi yubiley bayramında bu sənədin tarixdəki ən mühüm sənədlərdən biri olduğunu deyib: "Bu sənəd Yəhudi dövlətinin qurulması zamanı İngiltərənin sahib olduğu mühüm rolu göstərir. Biz də bu yubileyi şərəflə təbrik edirik. Bu məktub və bir çox insanın işləri sayəsində çox əhəmiyyətli bir ölkə yarandı".

Mey, həmçinin, İsrailin uğurlu demokratiya və tolerantlıq dövləti olduğunu deyib: "Çünki yalnız Qüds və ya Tel-Əviv küçələrində gəzdiyiniz zaman hüquq qarşısında hər mənası ilə bərabər, hər dindən və cinsdən insanlarla qarşılaşa bilirsiz."

Bütün ingilislər isə eyni fikirdə deyil. Bir qrup ingiltərəli aktivist Balfur Bəyannaməsi üçün üzr istəmək məqsədilə altı ay ərzində İngiltərədən Qüdsə gəlib. Nümayişçilərdən bir qadın Fələstin xalqını dəstəkləmək üçün Qüdusə gəldiyini söyləyib: "Mən xristianam, ancaq fələstinliləri dəstəkləmək üçün gəlmişəm. Yəhudi əleyhdarı deyiləm, amma məncə hər birimiz eyniyik və bərabər hüquqlara malik olmalıyıq. Bütün dünya sülh istəyir, mən də Fələstində sülh istəyirəm".


Fələstin xalqı üçün bu ildönümü olduqca fərqli bir məna daşıyır. Küçə aktyoru Benksi yubiley üçün bir çox fələstinlinin də iştirak etdiyi tənqidi bir küçə tamaşası hazırlayıb.


İsraili quran bəyannamənin 100-cü ili - ƏTRAFLI-VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • NATO rəhbəri bir daha Ərdoğandan üzr istədi
    Türkiyə prezidenti bundan əvvəl qeyd olunan insidentə görə NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.
     19.11.2017
    Bakıda 16 mərtəbəli binada yanğın: Bina sakinləri təxliyyə edilir
    Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda bina sakinləri təxliyyə edilir.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ