EURO 1,9271 TRY 0,3119
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:21.02.2019 21:27:54

Jurnalistin bu sözləri İsraildə bir mənalı qarşılanmayıb.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İsrailin 13-cü telekanalının aparıcısı Oşrat Kotler İsrail rejiminin əsgərlərini “insan cildində yırtıcı” adlandırıb.

Kotler efirdə “Netsax Yehuda” batalyonunun əsgərlərini tənqid edib. Sözügedən batalyon isə həbs edilən və əl-qolu bağlı fələstinliləri döyməkdə ittiham edilir.

Qadın jurnalist bildirib ki, əsgərliyə gedənlər vəhşi heyvan kimi geri qayıdırlar.

Jurnalistin bu sözləri İsraildə bir mənalı qarşılanmayıb.

İsrail rejiminin Baş naziri Binyamin Netanyahu bildirib ki, Kotlerin sözlərinə “hər cür tənqidə layiqdir” və o qeyd edib ki, “TSAXAL əsgərləri ilə fəxr edir və onları çox sevir”.

“Dünya indi” sağçı hərəkatının isə Kotlerin müdafiə edərək bildirib: “Olduqca mühümdür ki, biz zaman-zaman güzgüdə özümüzə baxaq və biz, işğalçı kimi öz səhvlərimizi səmimi şəkildə etiraf etməliyik”.


İsraildə TV aparıcısı İsrail əsgərlərini “vəhşi heyvan” adlandırdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərdoğan: İstanbul heç vaxt Konstantinopol olmayacaq!
    “Türkiyə xalqı daim bu torpaqlarda yaşayacaq."
     18.03.2019
    “Foreign Policy”: ABŞ İranın kosmos inkişafından narahatdır
    ABŞ-da dərc olunan "Foreign Policy" jurnalı ABŞ rəhbərliyinin İranın kosmos və kiber elmlərində irəliləməsindən narahat olduğunu yazıb.
     18.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ