EURO 1,9921 NEFT 72,06
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.09.2017 13:58:41

Dindar yəhudilərin etirazına baxmayaraq məhkəmə bu barədə qanunu ləğv edib

İsrailin Ali Məhkəməsi dünənki iclasında dini seminar tələbələrini hərbi xidmətdən azad etməyi nəzərdə tutan qanun layihəsini ləğv edib.

İslamazeri.com "France24"-ə istinadən xəbər verir ki, məhkəminin bu qərarı iudaizmin ultra-ortodoks qoluna mənsub parlament üzvlərinin etirazına səbəb olub. Ali Məhkəmə sözügedən qanun layihəsini məntiqsiz və konstitusiyaya zidd adlandıraraq bu problemin həlli üçün hökumətə 1 il vaxt verib.

Bildirək ki, İsraildə dindar təbəqənin hərbi xidmətdən azad edilməsi məsələsi uzun illərdir cəmiyyətdə birmənalı qarşılanmır. Belə ki, 18 yaşına çatmış kişi və qadınların əksəriyyətinin hərbi xidmətə çağırıldığı ölkədə dindarların bu xidmətdən yayınması bəzən etirazlarla qarşılanıb.

Ultra-ortodokos yəhudi inancına görə, Tövratda qeyd olunduğu kimi, hərbi məsələlərə qarışmamaq yəhudi xalqının qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin qeyd olunur ki, gənc oğlan və qızların bir yerdə hərbi xidmət keçmələri cəmiyyətdə mənəvi dəyərlərin aşınması ilə nəticələnir.


İsraildə ortodoks yəhudilər də hərbi xidmətə çağırıla bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriyalı kürdlər Mənbiçdən tamamilə çıxdı
    Suriyalı kürdlərin silahlı təşkilatı YPG qüvvələrinin bazar günü Mənbiç şəhərindən tamamilə çəkildiklərini bildirib.
     17.07.2018
    Tənha səyahət edən qadın və ya kişilər müsəlman ölkələrini seçirlər - ARAŞDIRMA
    Təkbaşına səyahət edən turistlərin seçdiyi ölkələrlə bağlı araşdırma aparılıb.
     17.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ