EURO 1,8528 TRY 0,2616
USD 1,7 RUB 0,0208
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:22.01.2020 14:17:27

Kabinet texnokratlardan təşkil olunacaq

İslamazeri.com "Rasthaber Azərbaycan"a istinadən xəbər verir ki, Livanda ötən ilin okyabr ayının 29-da istefaya gedən hökümətin yerinə Hizbullahın və müttəfiqlərinin dəstəyilə önə çıxan Hassan Diyab baş nazirliyində Livanda yeni hökümət qurulub.

Livan prezidenti Mişel Avn yeni höküməti qurmaqla vəzifələndirdiyi Hassan Diyab və Məclisin Spikeri Nəbih Bərri ilə Baabda Prezident Sarayında biraraya gəlib.

Diyab görüşdən sonra keçirdiyi mətbuat konfransında 20 nəfərlik kabinetin siyahısını ictimaiyyətlə bölüşüb. Kabinetin texnokratlardan təşkil olunduğunu deyən Diyab, yeni seçki qanun layihəsi üçün çalışacaqlarını önə çəkib.

Livanın çətin bir dönəmdən keçdiyini və tarixində ilk dəfə ölkəni qurtaracaq özəlliklərə sahib höküməti qurana qədər mübarizə etdiyini açıqlayan Diyab, bunun həyata keçəcəyini təmin edən etirazçıları inqilabçılar olaraq dəyərləndirib.

Kabinetini etirazçıların gözləntiləri istiqamətində qurduğunu deyən Diyab, dağıdılmış dövlət mallarının qaytarılması və istintaqın müstəqilliyi üçün də çalışacağını bildirib.

Ölkə olaraq sərvət və imkanlara sahib olduqlarını da önə çəkən Hassan Diyab, bunları qorumaq və hüquqlarını müdafiə etmək üçün əlindən gələni edəcəyini əlavə edib.

Sabitliyi təmin etmək üçün çalışacaqlarını da qeyd edən Diyab “İtirəcək vaxtımız yoxdur, indi işləmək zamanıdır.”, - deyə bildirib.


İsrail şokda: Livanda Hizbullaha yaxın hökümət qurulur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ənsarullahın Səudiyyəyə göndərdiyi fələstinlilərlə bağlı mesaja Həmas-dan cavab
    Həmas Yəmənin Ənsarullah hərəkatına təşəkkür edib
     28.03.2020
    Vəkili Tofiq Yaqublu ilə görüşüb
    Vəkil Elçin Sadigov Tofiq Yaqublu ilə görüşüb.
     28.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ