1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:27.02.2021 10:56:12

İngiltərə dəniz ticarəti əməliyyatı təşkilatı dünən Oman dənizindən keçərkən sionist rejimin mülkiyyəti altında olan yük gəmisində partlayışın baş verdiyini bildirib

İslamazeri.com Rasthaber Azərbaycan-a istinadən xəbərinə görə,  İngiltərə dəniz ticarəti əməliyyatı təşkilatı qeyd edib ki, sionist rejimin mülkiyyəti altında olan yük gəmisi fevralın 26-sı səhərin ilk dəqiqələrində Oman dənizindən keçərkən partlayıb və dərhal öz marşrutunu yaxındakı limanlardan birinə doğru dəyişib.

Hadisə Qrinviç vaxtı ilə saat 20-40 dəqiqədə baş verib. Belə bir halda, hələ onun səbəbi elan olunmayıb.

Bu bölgədən keçən gəmilərə, ehtiyatla keçid etmələri tövsiyə edilib.

"Dryad Qlobal" dəniz təhlükəsizliyi şirkəti də bu barədə bildirib ki, "MV HELİOS RAY" gəmisi İrlandiya dənizində yerləşən "Mənim adam" məntəqəsində qeydə alınmış bir sionist şirkətə məxsus özüyeriyən bərədir və Ərəbistanın Əldəmmam liman şəhərindən Sinqapura doğru hərəkətdə imiş. 

Ynet İsrail xəbər agentliyi gəmidə 1.5 metr diametrində deşik əmələ gəldiyini bildirib. İsrailli ekspertlər gəmidəki partlayışda İranı ittiham ediblər.

Qeyd edək ki, ötən gün ABŞ Ordusu Suriyada İrana bağlı qüvvələrin bazalarını hədəfə aldığını açıqlamışdı. Əgər İsrailli ekspertlərin dedikləri doğrudursa, bu İranın ABŞ üzərindən İsrailə cavab mesajı olma hetimalını gücləndirir.


İsrail şirkətinə məxsus gəmidəki partlayış İranın cavabıdırmı?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rəhimə Xanım (s.ə) ziyarətgahı - VİDEO LAYİHƏ
    “Shafaqna Azərbaycanca”nın video layihəsi çərçivəsində Rəhimə Xanım (s.ə) ziyarətgahı ilə bağlı hazırladığı videonu təqdim edirik.
     8.04.2021
    Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başlayıb - VİDEO
    Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb.
     8.04.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ