EURO 2,0296 NEFT 57,34
USD 1,7008 RUB 0,0295
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:14.09.2017 13:12:21

Sionist İsrail rejimi Baş naziri Benyamin Netanyahu Kürdüstanın qurulmasını dəstəklədiklərini qeyd edib.

Sionist İsrail rejimindən İraq Kürd Regional Rəhbərliyinin (İKRR) referendumuna daha bir dəstək gəlib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail rejimi Baş naziri Benyamin Netanyahu müstəqil Kürdüstan dövlətini dəstəkləyəcəyini ifadə edib.

Latın Amerikası ölkələrinə səfər edən Netanyahu Argentinada verdiyi bəyanatlarda İKRR referendumuna da toxunub. Netanyahu İsrailin müstəqil bir kürd dövlətinin qurulmasını dəstəklədiyini bildirərək, "İsrail tam şəkildə terrora qarşıdır və Kürd xalqının öz dövlətini qurmaq yönündəki qanuni səylərini dəstəkləyir",- deyib.

İsrail Müdafiə Qüvvələri Baş Qərargahının sabiq rəis müavini general Yair Qolan da bu həftə Vaşinqtonda "Yaxın Şərq Araşdırmaları İnstitutu"ndakı çıxışında, "Mənim şəxsi düşüncə tərzimə görə, PKK terror təşkilatı deyil. Bəlkə (bu sözlər) başlıqlara çıxacaq, amma mən belə görürəm. İsrailin xarici siyasətinə xidmət edirlər" açıqlamasını etmişdi.

Qolan 25 sentyabrda keçiriləcək referendumla əlaqədar, "Bütün kürdlərin iştirakı ilə Böyük Kürdüstan qurulmalıdır" açıqlamasını da etmişdi.

 

Həmçinin oxu: Sionist nazir Kürdüstanın müstəqillik referendumu barədə danışdı


İsrail rejimi Baş naziri Netanyahu: Kürdüstanı dəstəkləyirik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • BP-nin Bakıdakı baş ofisində bütün işçilər təxliyyə edildi - FOTO
    Əraziyə yanğınsöndürənlər gəlib.
     25.09.2017
    Ermənistan ordusunda dava düşüb, iki əsgər güllələnib
    Onlar ağır bədən xəsarətləri ilə hospitala təxliyyə ediliblər, vəziyyətləri ağırdır.
     25.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ