İsrail Qüdsdəki hücumlardan sonra Qəzzanı bombalayıb
İslamazeri.com xəbər verir ki, Qüdsdə baş verən hadisələrdən sonra, İsrailin siyasi rəhbərliyinin Qəzzanı bombalama əmri verməsi çox sayda mülki vətəndaşın həyatına son qoyub.
May ayının 10-da başlayan raket hücumunda ilk bombardmanlar zamanı 8 uşaq həyatını itirib.
Ümumilikdə isə Qəzzada mülki obyektlərə endirilən hücumlar zamanı 10-u uşaq olmaqla ən azı 30 nəfər dünyasını dəyişib.
Palinfo Agentliyi İsrail qırıcılarının iki binanı yerlə yeksan etdiyini yazıb. Maan Agentliyi hücumla bağlı video yayıb.
Hər saat şəhid olanların sayı artır.
İsrail Qüdsdəki hücumlardan sonra Qəzzanı bombaladı - VİDEO