EURO 1,8752 TRY 0,2883
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:25.09.2019 18:28:01

İsrail milli təhlükəsizlik üzrə Dövlət Qərargahı sentyabr-oktyabr aylarında qeyd edilən Roş xa-Şana, Yom-kipur və Sukkot bayramları ərəfəsində turistlər üçün xəbərdarlıq yayıb.

İsrail milli təhlükəsizlik üzrə Dövlət Qərargahı sentyabr-oktyabr aylarında qeyd edilən Roş xa-Şana, Yom-kipur və Sukkot bayramları ərəfəsində turistlər üçün xəbərdarlıq yayıb.

Həmin tövsiyələrdə vətəndaşlar yəhudilərə mümkün hücumlarla əlaqədar bir sıra ölkələrə getməməyə çağırılır, İsrailin "Kanal 9" resursu məlumat verib.

Qərargah xatırladır ki, qanunla israillilərə qadağan edilmiş altı ölkə var: İraq, Suriya, Livan, Səudiyyə Ərəbistanı, Yəmən və İran.

Bundan əlavə, 40 ölkə və regionun bu və ya digər səviyyədə təhlükəli olduğu müəyyən edilib.

1-ci səviyyəli təhlükə (getməmək, əgər oradasınızsa, dərhal ölkədən çıxmaq): Əfqanıstan, Kəşmir, Liviya, Nigeriyanın şimal hissəsi, Sudan, Somali, Filippin, Rusiyada Çeçenistan, Taylandın cənubu.

2-ci səviyyə (səfər etməmək, əgər oradasınızsa, imkan daxilində tez çıxmaq): İndoneziya, Əlcəzair, Burkina-Faso, Cibuti, Kot d'İvuar, Toqo, Mavritaniya, Mali, Malayziya, Nigeriya, Pakistan, Tunis, Türkiyə və bəzi Afrika ölkələr.

3-cü səviyyə (səfərlərdən qaçmaq): Ərəb Əmirlikləri, İndoneziya, Bəhreyn, İordaniya, Küveyt, Misir (Sinaydan başqa), Qətər, Keniya.

4-cü səviyyə (real zərurət yoxsa səfərdən çəkinmək və həmin ölkədə yüksək təhlükəsizlik tədbirləri görmək): Azərbaycan, Ermənistan, Gürcüstan, Türkmənistan, Mərakeş, Nigeriya, Şri-Lanka, Oman.

Qərargah xatırladır ki, sadalanan ölkələrdən istənilən birinə səfər zamanı israillilərə konkret planları, yaşayış ünvanı, otelin adı, uçuş tarixi və vaxtı, turizm marşrutu, real vaxtda olduğu yer haqda sosial şəbəkələrdə yazmamaq tövsiyə olunur.(Turan)


İsrail öz vətəndaşlarına Azərbaycan da daxil olmaqla, 40-dan çox ölkəyə getməməyi tövsiyə edir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəhabi terrorçular
    Suriyada "Əl Qaidə"yə bağlı terror qruplaşması kürd partiyasının sədri olan qadına hücum edərək yolun ortasında onu güllələyiblər
     14.10.2019
    Nursultan Nazarbayev Azərbaycana gəlib
    Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib
     14.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ