EURO 1,8991 TRY 0,294
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:25.11.2019 10:44:21

On bir il altı ay hərbi xidməti olan mayor İdo Petrovskiy qalmaqallı məktub yazaraq İsrail Ordusundakı reallıqdan danışıb

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, İsrail Ordusunu yeni qalmaqal börüyüb. Belə ki, zirehli tank korpusunun ən perspektivli zabitləri kütləvi surətdə istefa veriblər.

On bir il altı ay hərbi xidməti olan mayor İdo Petrovskiy istefa verən zabitlərdən biridir. O ən perspektivli zabit və komandirlərdən biri sayılıb. Son vəzifəsi korpusta zirehli texnika sahəsində ən önəmli kurs komandiri olub. O 3 səhifəlik bir məktubla özünün istefa səbəbini açıqlayıb.

Zabitin iddiasına görə, İsrail Ordusunun əsas problemi komandirlərin özlərindən daha kiçik komandir heyətinə vəzifə qoymaması  korpusda  problemlərə səbəb olub. Müxtəlif əmrlər sonda digər kiçik zabitlərin əmri yerinə yetirməməsinə gətirib çıxarıb.

 İdo Petrovskiy zabitlərin riyakarlığına işarə edərək onların ancaq qıraqdan izlənildiyi zaman düzgün vəzifələrinə əməl etdiyini bildirib.

"Mən də günah etmişəm, məni var güclərilə alqışlayıblar. Orduda xidmətimin 11.5 ilindən sonra mən gedirəm, çünki artıq bu mənasız yarışlardan və yanımda əsəb küləklərdən gücüm qalmayıb.", -deyə İsrail ordusunun mayoru məktubunda yazıb.

O böyük komandirlərin açıq danışmamaqda ittiham edib. Petrovskiy aşağı zabitlərə verilən əmrlərin mənasının açıqlanmasının vacib olduğunu qeyd edib.

Məktub orduda rezonans doğurub və bir çox zabitin təqdirinə səbəb olub.
İsrail Ordusu məktubla bağlı açıqlamasında bu fikirlərin subyektiv olduğunu bildirib.
İsrail rejiminin Silahlı Qüvvələrinin (TSAXAL) işləri üzrə ombudsman, ehtiyyatda olan general-mayor İtsxak Brik dəfələrlə İsrail Ordusundakı problemlərlə bağlı həyəcan təbili çalıb. Ötən il açıqlamasında Brik bu çıxışı ilə İsrail hökümətinin də hədəfinə tuş gəlmişdi.

*Brik açıqlamasında deyirdi:  "Neçə illərdir ki, biz ordumuzun mədəniyyətindəki boşluqlar və pozuntuları diqqətə çatdırmaq istəyirik. Bu məsələ özünün pik vəziyyətinə gəlib çatıb. Son üç il ərzində kontraktla hərbidə olanların, həmçinin həqiqi xidmətdə olan kişilərin sayının azalması müşahidə olunur. Ordudakı nəhəng uçurumu və böyük problemləri  göstərmək və həqiqətləri açıqlamaq lazımdır. Bunu hətta Ali Məhkəmələrin hakimlərinin rəhbərliyi ilə araşdırmaq lazımdır. Yüksək rütbəli komandanlıq, reallığı açıqlamır, çünki generallar həqiqətlərdən xəbərləri yoxdur. Yuxarıdan hər şey gözəl, aşağıda isə başqa cürdür (pis). Mən müharibələrin ağır nəticələrinə qayıtmaq istəmirəm. Amma problemlər davam edir və biz də, axmaq təşkilati mədəniyyətimiz mövcuddur - bu da problemi həll etməyə mane olur." Generalın digər açıqlaması


"İsrail Ordusunun zabitləri əmrləri yerinə yetirmir"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “EuroHome”da sahibkarlara ödəniləcək kompensasiya ilə bağlı müzakirə keçirilib
    Sahibkarlara dəymiş ziyanla əlaqədar olaraq aparılan müvafiq araşdırmalar barədə məlumat verilib.
     13.12.2019
    ABŞ Senatı erməni soyqırımının tanınmasına dair qətnaməni qəbul etdi
    ABŞ Senatı 1915-ci ildə Osmanlı İmperiyası dövründə ermənilərin qətllərinin soyqırım kimi tanınmasına dair qətnaməni yekdilliklə qəbul edib
     13.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ