XƏBƏRDARLIQ PƏNCƏRƏSİ

Məlumatı əldə etmək üçün 18 yaşından böyük olmağınız lazımdır...

BƏLİ, 18 YAŞINDAN BÖYÜYƏM XEYR, 18 YAŞINDAN KİÇİYƏM
EURO 1,9396 TRY 0,2933
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:03.01.2019 10:55:54

İsrail rəsmiləri Ordularının güclü və məğlubedilməz olmasını dünyaya yeritmək istəsə də, ara-sıra sionist rejiminin ordusundakı kütləvi zorlama və təcavüzlər məhkəmə proseslərində ictimaiyyətə açıqlanır

İsrail rəsmiləri Ordularının güclü və məğlubedilməz olmasını dünyaya yeritmək istəsə də, ara-sıra sionist rejiminin ordusundakı kütləvi zorlama və təcavüzlər məhkəmə proseslərində ictimaiyyətə açıqlanır.

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, "Qivati" briqadasının sabiq zabiti Arat Avidal adlı əsgərə 300 min şekel təzminat verməli olub (136 min AZN). Bu zabitin əsgərə qarşı cinsi zorakılıq və təcavüz etməsi Tel-Əviv məhkəməsi tərəfindən sübut olmasından sonra baş tutub. Məlumata görə, adı ictimaiyyətdən gizlədilən keçmiş zabit həmçinin 50 min şekel (23-23 min AZN)  vəkil və digər hüquqi xidmətlərə çəkdiyi ziyana görə, öz qurbanına əlavə təzminat verməlidir. 

İstintaq tam çılpaqlığı ilə sübut edib ki, İsrail Ordusunun zabiti ümumilikdə 3 əsgəri bu cür cinsi zorakılığa məruz qoyub və onların psixoloji gərginliyə düşməsinə səbəb olubdur. 

Məhkəmədə məlum olub ki, zabit əsgəri yanına çağıraraq onu lüt soyunmağa və onun əmrlərini (red: əxlaqa zidd açıqlamalar yer verildiyinə görə, açıq yazmırıq) yerinə yetirməyə məcbur edib. Gözüqızmış İsrail Ordusunun zabitinin bütün istəklərinə isə, əsgər qaçmaqla son verib.

Arat Avidal adlı əsgər məhkəmə qərarını eşitdikdə sevinib.

"Vəkillər qərarı açıqladıqdan sona, ürəyimdən daş düşdü. Üstümdən neçə illərin sanki yükü götürüldü və mən ağladım, bu mənim qələbə gözyaşlarım idi", - deyə təcavüzə uğrayan Avidal adlı çavuş əsgər Ynet ilə müsahibəsində qeyd edib.

Xatırladaq ki, İsrail rejiminin Silahlı Qüvvələrinin (TSAXAL) işləri üzrə ombudsman, ehtiyatda olan general-mayor İtsxak Brik İsrail Ordusundakı böyük problemlərlə bağlı 200 səhifəlik hesabat hazırlayıb. O "Yüksək rütbəli komandanlıq, reallığı açıqlamır, çünki generallar həqiqətlərdən xəbərləri yoxdur. Yuxarıdan hər şey gözəl, aşağıda isə başqa cürdür (pis).", - deyə sionist rejim hərbisindəki problemlərin böyüklüyünü dəfələrlə dilə gətirib.


İsrail Ordusunda əsgərlər zabitlər tərəfindən təcavüzə uğrayır - Bir məhkəmə işi... (18+)

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda polis idarəsi qarşısında piyadanı maşın vurdu
    Bakının Nəsimi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
     25.06.2019
    Trampdan Ayətullah Xameneiyə qarşı sanksiya
    ABŞ İranla bağlı yeni sanksiya tətbiq edib.
     25.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ