EURO 1,8991 TRY 0,294
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:28.09.2019 12:17:57

İsrail qüvvələri yenə dinc aksiya keçirən fələstinliləri atəşə tutdu.

İslamazeri.com xəbər verir ki, İsrail rejimi əsgərləri Qəzza sərhədindəki "Böyük Qayıdış Yürüşü" aksiyalarına qatılan fələstinlilərə müdaxilə edib.

Bu barədə Fələstin Səhiyyə Nazirliyindən açıqlama verilib.

İsrail əsgərlərinin Qəzzanın şərq sərhədində dinc nümayiş keçirən fələstinlilərə açdığı atəş nəticəsində 27 nəfərin yaralandığı bildirilib. Açıqlamada 4 tibbi yardım əməkdaşının da yaralandığı qeyd edilib.

Bundan başqa, onlarla fələstinli də İsrail qüvvələrinin atdığı rezin güllə xəsarəti alıb və gözyaşardıcı qaz bombasının təsirinə məruz qalıb. Rezin güllə xəsarəti alanlar arasında bir uşağın da olduğu diqqətə çatdırılıb.

Xatırladaq ki, fələstinlilər 30 martdan bu yana blokada altındakı Qəzza zolağının İsraillə sərhədində "Böyük Qayıdış Yürüşü" adı altında dinc aksiyalar keçirir. İsrail əsgərləri isə "sürgün edildikləri torpaqlarına qayıtmağı və 2006-cı ildən bu yana Qəzzaya tətbiq olunan hüquqsuz blokadanın götürülməsini" tələb edən dinc əhalinin üzərinə atəş açır.

Mənbə: eastnews.org


İsrail onlarla dinc fələstinlini atəşə tutdu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Albaniyaya 500 min avroluq yardım edib
    Azərbaycan Albaniyaya 500 min avro yardım edib.
     13.12.2019
    Türkiyə Mossad agenti olmaqda ittiham edilən fələstinli siyasətçini axtarışa verdi
    Türkiyə Daxili işlər nazirliyi terrordan axtarışa verilənlərin siyahısını artırıb.
     13.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ