EURO 1,9635 NEFT 79,71
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.09.2018 16:24:31

“Regiondakı həssas balansın dəyişə biləcəyi təhlükəsi yaranıb”

İslamazeri.com xəbər verir ki, İsrail KİV-ləri İsrail rejiminin fəaliyyəti nəticəsində Suriyanın Lazkiyyə əyalətində qəzaya uğramış Rusiyanın İl-20 hərbi təyyarəsi məsələsini şərh edərək, həmin hadisənin günahının qismən İsrailin üzərində olduğunu etiraf edib.

“Haaretz”-dəki məqalənin müəllifinin fikrincə, bu insident “qismən İsrail tərəfinin (qəsdən) gecikdirdiyi xəbərdarlıq nəticəsində”, həmçinin bir sıra bütün faktorlar nəticəsində də baş vermiş ola bilər. Jurlanist qeyd edir ki, bu hadisəyə səbəb Rusiya və Suriya arasındakı uzlaşdırılmama da ola bilər.

Məqalənin yekununda yazılır ki, İsrail, çox güman ki, istənilən halda yaxın zamanda Suriyadakı hərbi aktivliyini məhdudlaşdıra və “açıq şəkildə baş vermiş hadisənin əziyyətini çəkə bilər”.

“Jerusalem Post” qəzeti isə, öz növbəsində, qeyd edir ki, İsrail aviasiyasının iştirakı baş vermiş əvvəlki insidentlərdən sonra Rusiyanın reaksiyası bu qədər sərt olmamışdı.

Üstəlik qəzet etiraf edir ki, İsrail HHQ-larının Suriya Hava Hücumundan Müdafiə Qüvvələrini çaşqınlığa salmaq üçün qəsdən “hərbi hiyləgərlikdən” istifadə etməsinə dair versiya məntiqlidir, çünki Rusiyaya zərbə barədə məlumat hücumdan bir dəqiqə qabaq daxil olub ki, bu da İl-20 təyyarəsini vaxtında təhülkəsiz əraziyə çəkməyə imkan verməyib.

Sonda isə bildirilir ki, bu faciə İsrail üçün problemlər yaradır, çünki “həssas balansın dəyişə biləcəyi təhlükəsi” peyda oldu. Rusiya işarə edir ki, insident xəta nəticəsində baş verməyib, əksinə birbaşa İsrailin Suriyaya hava zərbələrinin nəticəsidir.

“Yediot Axronot” qəzeti isə məqsədli İsrail təxribatı versiyasını əsassız adlandırır və baş vermiş hadisəyə görə Suriya ordusunu ittiham edir.

Suriya ordusunun S-300 zenit kompleksləri ilə təchiz edilməsi haqda şayiələr isə narahatlığa səbəb olur. Çünki bu baş verəcəyi halda İsrail aviasiyasının regiondakı fəaliyyəti çətinləşə bilər.

Qeyd edək ki, Rusiyaya məxsus kəşfiyyatçı-təyyarə olan İl-20 sentyabrın 18-i gecə saatlarında Aralıq dənizi sahilləri yaxınlığında vurulub. Bu əsnada isə İsrail rejiminə məxsus 4 F-16 qırıcı Lazkiyyə əyalətinə hücum ediblər. Qeyd edək ki, adıçəkilən əyalətdə Rusiyaya məxsus Xmeymim aviabazası yerləşir.

Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, İsrail qırıcıları İl-20 təyyarəsinin arxasında gizlənərək onun raketə tuş gəlməsinə səbəb olub. Qəza nəticəsində 15 rusiyalı hərbçi həlak olub.


İsrail KİV-ləri rus təyyarəsinin vurulması haqda: “Cəzasını çəkməli olacağıq” - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Trampdan etiraf: Ordumuz Çin və Rusiyadan geri qalır
    "Birinci onlar başladılar."
     15.10.2018
    Kim Çen In ABŞ-ın bu istəyinə
    Şimali Koreya lideri ABŞ-ın dövlət katibinin xahişinə mənfi cavab verib.
     15.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ