EURO 1,9008 TRY 0,2779
USD 1,7 RUB 0,0262
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:19.04.2019 22:36:56

İsrail Kəşfiyyatına bağlı Debka saytı maraqlı iddia irəli sürüb

İsrail Kəşfiyyatına bağlı Debka saytı maraqlı iddia irəli sürüb.

İslamazeri.com xəbər verir ki, Debka İranın İnqilab Keşikçilər Korpusunun "Qüds" briqadasının komandanı General Qasim Süleymaninin istəyilə Hizbullahın HƏMAS üçün fələstinli gənclərdən ibarət 3 minlik hərbi birlik qurduğunu iddia edib.

Portal bildirir ki, Qəzza sərhədində HƏMAS-ın sakit və atəşkəsə əməl etməsi, əslində gözdən pərdə asmaq məqsədi daşıyır. HƏMAS Qətər və digər ərəb ölkələrinin Qəzzaya 300 milyon dollar yardımına görə, atəşkəsə əməl etməsi gözləmə mövqeyi və gələcəkdə hücum stradegiyasına dayanıb.

İsrail Kəşfiyyatına bağlı Debka saytı yazır ki, hazırda 2500 nəfər gənc Hizbullah tərəfindən hərbi təlimə cəlb edilib və HƏMAS-a təhvil veriləcək.

Onlar HƏMAS-ın hərbi qolu - "İzzəddin Əl Qəssam" briqadasına qatılaraq yeni baş verəcək döyüşlərdə peşakar döyüşçülər kimi iştirak edəcəklər.

Sayt həmçinin bildirir ki, HƏMAS-ın iki lideri: Üsamə Həmdan və Salah əl-Aruri bu planlarla bağlı Hizbullah lideri Seyid Həsən Nəsrullahla görüşüblər və razılığa gəliblər.

 İsrail Kəşfiyyatına bağlı Debka saytı həmçinin qeyd edir ki, 3 minlik bu hərbi birləşməyə silah-sursat, yaxın məsafəli raketlər və hərbi texnika təqdim olunacaq. Onların Cənubi Livanda İsrail sərhəddində gözləmə mövqeyində olacağı da qeyd edilir.


İsrail Kəşfiyyatına yaxın Portal: Süleymaninin istəyilə Hizbullah Həmasa 3 minlik hərbi birlik qurur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Afaq Məsud kimdir?
     25.05.2019
    General Aydəmirov: Qarabağda müharibə yetişib, bu an məsələsidir
    "Bu barədə danışan ekspertlər də Azərbaycan ordusunun döyüş hazırlığı səviyyəsini dərk edirlər."
     25.05.2019
    Fuad Abbasov təcridxanadan danışdı - HƏBSİNİN SƏBƏBLƏRİNİ AÇIQLADI
    Artıq bir həftədir ki, Rusiyada saxlanılan Azərbaycan vətəndaşı, jurnalist və blogger Fuad Abbasovla bağlı məsələ gündəmin əsas müzakirə mövzusudur.
     25.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ