İsrail hərbçiləri Qüdsdə 50 yaşlı fələstinli qadını qətlə yetirdilər
İsrail hərbçiləri Qüdsdə 50 yaşlı fələstinli qadını qətlə yetiriblər.
İslamazeri.com xəbər verir ki, bu haqda Fələstin mediası məlumat yayıb.
İsrail əsgərləri Qüdsün Qalandiya adlı keçid məntəqəsinə bir 50 yaşlı qadını yaxın məsafədən avtomat silahdan atəş açaraq öldürməsinin videosu sosial şəbəkə, həmçinin ərəb mediasında geniş yayılıb.
İsrail tərəfi qadının soyuq silahla hücum həyata keçirmək istədiyini bildirsələr də, videodan qadına yaxından atəş açıldığı və silahsız onun zərərsizləşdirilməsinin mümkünlüyü görünür.
Adı çəkilməyən qadının güllə yarasından xəstəxanada dünyasını dəyişdiyi önə çəkilir.
Qeyd edək ki, İsrail güc strukturları dəfələrlə heç bir səbəb göstərmədən fələstinliləri bu cür qətlə yetirməkdədir.
İsrail hərbçiləri 50 yaşlı fələstinli qadını qətlə yetirdilər - VİDEO