1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:28.01.2019 13:46:46

Buna səbəb Azərbaycan ordusunun 2017-ci ildə erməni işğalçılarına qarşı onlardan istifadə etməsi olub.

İsrail rejiminin Müdafiə Nazirliyi dünən İsrailin qanunlarına zidd olduğunu səbəb gətirərək, müvəqqəti olaraq Azərbaycana verdiyi pilotsuz uçan aparatların lisenziyalarını dayandırıb.

Buna səbəb Azərbaycan ordusunun 2017-ci ildə erməni işğalçılarına qarşı onlardan istifadə etməsi olub.

"Aeronautics Ltd" şirkəti bu barədə qərarı Təl-Əviv birjasına açıqlayıb.   İsrail rejimi Müdafiə Nazirliyi daha sonra şirkətdə işləyən üç yüksək vəzifəli şəxsin fəaliyyətinə qadağa qoyub. Onlar xarici şirkətlərlə marketinq və ya müdafiə işlərində işləyə bilməyəcəklər.

Bu açıqlama "Rafael" müdafiə şirkətinin 850 milyon NIS (231,7 milyon dollar) müqabilində hava qüvvələrinin bəzi hissələrini satın almasından iki həftə sonra elan edilib.

Qeyd edək ki, 2017-ci ilin avqustunda Azərbaycan ordusu erməni işğalçılara qarşı İsraildən aldığı "Orbiter 1K" kamikaze pilotsuzlarından istifadə etmişdi. Hadisələrdən sonra İsrail rejimində məsələ ilə bağlı iddia qaldırılıb. İsrail Polis Təşkilatının Beynəlxalq Cinayət Tədqiqatlar Bürosu, Müdafiə Nazirliyinin istintaq bölməsi və Xarici İşlər Nazirliyi "Aeronautics" şirkətinin satış əməliyyatı ilə əlaqədar istintaq başladıb. Prosesin başlanması ilə satılan bütün pilotsuzların lisenziyası ləğv edilib.

Xatırladaq ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarında İsrail istehsalı olan “Orbiter-2M” və “Aerostar” tipli pilotsuz uçuş aparatlarına rast gəlmək olar. 2011-ci ildə Müdafiə Sənayesi Nazirliyi ilə İsrail şirkətinin birgə qurduğu “AZAD sistemlər” müəssisəsi fəaliyyətə başlayıb. Bu müəssisədə “Orbiter-2” pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilir. “Orbiter-2” aparatları həm ordumuzun istifadəsinə verilib, həm də bir sıra ölkələrə ixrac edilib.

2016-cı ilin sentyabr ayından isə müəssisə “Zərbə” adlı kamikadze uçuş aparatının istehsalına başlayıb. “Zərbə” kamikadze PUA gündüz və gecə optik sensorları ilə yanaşı gövdə daxilində 2 kiloqramadək partlayıcı maddə daşıyır. PUA-nın havaya qalxması katapult vasitəsi ilə “Killer” adlı yüngül zirehli maşın üzərindən həyata keçirilir. Geri qaytarıldıqda isə eynilə “Orbiter-2”lərdə olduğu kimi paraşütdən və hava yastığından istifadə edilməklə PUA-nın təhlükəsiz enişi təmin olunur. 3 saata yaxın uçuş kanalına malik bu kamikadze PUA-nın uçuşuna kiçik kompüter vasitəsilə nəzarət olunur. PUA həmçinin paraşütdən və təhlükəsizlik yastığından istifadə etməklə bazasına eniş etməyi bacarır.

Müqaviləyə əsasən, müəssisə Azərbaycan Silahlı Qüvvələri üçün “Orbiter-3” və “Orbiter-4” istehsal edəcək. “Orbiter-3” PUA-nın qanad açıqlığı 4.40 metr, çəkisi 30 kq, faydalı yükü 5.50 kq, sürəti 70 mil, uçuş müddəti 7 saat, uçuş məsafəsi 100 km-dən çoxdur. PUA-nın data-link bağı 150 km radiusda əlaqə qurmağa imkan verir.“Orbiter 4” mini taktik PUA 24 saat havada qalır. İki faydalı yüklə 50 kq uçuş çəkisinə malik PUA 18000 fut yüksəkliyə qalxaraq verilən tapşırıqları yerinə yetirməyi bacarır. (eastnews.org)


İsrail Ermənistana görə Azərbaycana verdiyi PUA-ların lisenziyalarını dayandırdı - TƏFƏRRÜAT

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Bakıda müsəlmanlar kilsəyə axın etdi - Foto
    Aprelin 23-də Məşədi Dadaş məscidinin dini icmasının üzvləri Bakıda yerləşən Müqəddəs Məryəmin Məsum Hamiləliyi Kilsəsini ziyarət ediblər.
     23.04.2019
    Nigeriyada polis 11 nəfəri öldürdü - SƏBƏB
    Hadisənin Qombe ştatında baş verdiyi qeyd edilir.
     23.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ