İspaniya sahillərində, Melilya limanı yaxınlığında 16 miqrantın meyiti aşkarlanıb.

İspaniya sahillərində, Melilya limanı yaxınlığında 16 miqrantın meyiti aşkarlanıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onların hamısının Afrika ölkələrindən olduğu müəyyənləşib.
Məlumata əsasən, meyitləri aşkarlayan gəmi İspaniya və Mərakeş xilasedici xidmətlərini məlumatlandırıb.
Ölənlərdən 3-ün qadın olduğu bildirilir.
İspaniya sahillərində 16 miqrantın meyiti aşkarlanıb