EURO 1,935 NEFT 60,2
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.08.2018 15:57:10

İsmayıllı rayonunun Girk kəndində iribuynuzlu heyvanların süd vəzilərinin kəsilməsi ilə bağlı götürülən nümunə və analizlərin cavabı məlum olub.

İsmayıllı rayonunun Girk kəndində iribuynuzlu heyvanların süd vəzilərinin kəsilməsi ilə bağlı götürülən nümunə və analizlərin cavabı məlum olub.

İslamazeri.comxəbər verir ki, bu barədə Trend-ə açıqlamasında İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev bildirib.

B.Şahalıyevin sözlərinə görə, götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında yoxlanılıb: "Laboratoriyada analizlərin cavabları bu gün məlum olub. Müayinələrin cavablarına görə, həmin heyvanlarda xəstəlik yoxdur. Heyvanların süd vəziləri yırtıcılar tərəfindən qoparılıb".

Xatırladaq ki, İsmayıllı rayonunun Girk kəndində 17 iribuynuzlu heyvanın süd vəzilərinin ön məmələri naməlum şəraitdə qoparılmışdı. Heyvan sahibləri məsələ ilə bağlı İsmayıllı rayon Baytarlıq İdarəsinə müraciət edərək həmin heyvanların müayinə olunması və faktın hansı şəraitdə baş verməsinin səbəblərinin araşdırılmasını istəmişdi. İsmayıllı rayon Baytarlıq İdarəsi isə vəziyyəti araşdıraraq həmin heyvanlardan nümunələr götürüb Respublika Baytarlıq Laboratoriyasına göndərmişdi.


İsmayıllıda hamını heyrətə gətirən müəmmalı hadisənin səbəbi bilindi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Ermənistan Azərbaycanın tarixi torpaqlarını işğal edib” - İranın Baş Qərargah rəisi
    Baş nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyinə verdiyi dəstəyə görə İran tərəfinə minnətdarlığını ifadə edib.
     17.01.2019
    Amerikalı mütəxəssislər: İran əhdinə sadiqdir
    ABŞ-lə mütəxəssislər nüvə sazişi haqda danışıblar.
     17.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ