EURO 1,8991 TRY 0,294
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:18.11.2019 10:14:24

İşsizlikdən sığorta ödənişi artıq elektron qaydada təyin ediləcək.

İşsizlikdən sığorta ödənişi artıq elektron qaydada təyin ediləcək. Bunun üçün vətəndaşların hansısa quruma vaxt sərf edərək getmələrinə ehtiyac qalmayacaq. Ödənişin təyin edilib-edilməməsi isə 10 gün ərzində bəlli olacaq...

İşsizlikdən sığorta almaq üçün öncədən vətəndaşlar sosial müdafiə şöbələrinə müraciət etməli idilər. Ancaq artıq bütün bu proseslər tam olaraq elektron qaydada icra ediləcək. Bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məşğulluq" altsisteminin təmin etdiyi electron xidmət sayəsində mümkün olacaq.

Ekspert Rəşad Həsənov bildirir ki, işsizlikdən sığorta məsələsinin elektronlaşdırılması çoxsaylı insanın problemini qısa zamanda həll etməyə imkan verəcək.

Nazirlikdən verilən məlumata görə, sığorta ödənişini almaq hüququna malik şəxs "Məşğulluq" altsistemində işsiz kimi qediyyata alındıqdan sonra sistemdə yerləşdirilən ərizəni təsdiq edir. Şəxsin müraciəti altsistem tərəfindən 10 gün ərzində baxılaraq, sığorta ödənişinin təyin edilməsi və ya edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Bu qərar şəxsin elektron kabinetində yerləşdirilir və ya mobil telefon nömrəsinə ismarıc göndərilir.

Rəşad Həsənov bildirir ki, öncədən bu sahədə bir sıra çatışmazlıqlar var idi və buna görə insanların əksəriyyəti işsizlikdən sığorta haqqını əldə edən zaman ciddi çətinliklərlə rastlaşırdılar.

Sığorta ödənişi isə təyin edildikdə şəxsin işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk iş günündən hesablanır. Sığorta ödənişinin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək halların biri baş verdikdə, altsistem tərəfindən 10 gün ərzində baxılaraq sığorta ödənişinin məbləğinin dəyişdirilməsi barədə qərar çıxarılır. Bu barədə də məlumat şəxsin elektron kabinetində yerləşdirilir və mobil telefon nömrəsinə ismarıc göndərilir. (Xəzər TV)


İşləmədiyi müddətdə pul almaq istəyənlərin nəzərinə! - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “EuroHome”da sahibkarlara ödəniləcək kompensasiya ilə bağlı müzakirə keçirilib
    Sahibkarlara dəymiş ziyanla əlaqədar olaraq aparılan müvafiq araşdırmalar barədə məlumat verilib.
     13.12.2019
    ABŞ Senatı erməni soyqırımının tanınmasına dair qətnaməni qəbul etdi
    ABŞ Senatı 1915-ci ildə Osmanlı İmperiyası dövründə ermənilərin qətllərinin soyqırım kimi tanınmasına dair qətnaməni yekdilliklə qəbul edib
     13.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ