1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:23.04.2019 16:45:50

Hazırda 15 saylı Cəzaçəkmə Müəssisəlində saxlanan siyasi məhbus, ilahiyyatçı Fərhad Mirzənin (Muradov) vəziyyəti ağırlaşıb

Yenilənən xəbər: İlahiyyatçı Fərhad Mirzənin yoldaşı 15 saylı cəzaçəkmə müəssisəsində onunla görüşüb. Bir az əvvəl Fərhad Muradovun həyat yoldaşı Vüsalə Muradova CÇM-dən çıxıb. 

Bu haqda İslamazeri.com-a Fərhad Muradovun qardaşı oğlu Rəmi Muradov məlumat verib. Onun sözlərinə görə, Vüsalə Muradova ilə yarım saatlıq görüş baş tutub və Fərhad Muradov artıq CÇM-nin tibb məntəqəsinə yerləşdirilib.

"Qısa görüşdük. Otura bilmirdi. Həbsxana rəhbərliyi həkim çağırıb, böyrəyini USM ediblər. Daş olduğu aşkarlanıb. Hazırda müalicə üçün müəssisə daxilində tibb məntəqəsindədir. Müalicə olunur.", -deyə Vüsalə Muradova bildirib.

Qeyd olunur ki, Fərhadın böyrəyindəki daş kanala düşüb və ciddi narahatçılıq yaradıb. Ailəsi Fərhadın Hepatitlə bağlı ağrılarının da davam etdiyini bildirib. 

 

15:30 - Hazırda 15 saylı Cəzaçəkmə Müəssisəlində saxlanan siyasi məhbus, ilahiyyatçı Fərhad Mirzənin (Muradov) vəziyyəti ağırlaşıb.

Bu barədə İslamazeri.com-a islamçı siyasi məhbusun yaxınları məlumat verib.

Ailəsinin verdiyi xəbərə görə, Hepatit C-dən əziyyət çəkən Fərhad Muradovun dalağından tutan şiddətli ağrı huşunu itirməsinə səbəb olub.

Həbsxana yoldaşları nəzarətçilərə dəfələrlə müraciət etsələr də onlar məhbus üçün vaxtında həkim çağırmayıblar.

Fərhad Muradovun xanımı Vüsalə Muradova hazırda cəzaçəkmə müəssisəsinin qarşısındadır.

Ona nə telefonla əlaqə saxlamağa, nə də görüşə icazə verilmir.

V. Muradovaya Fərhad Mirzənin vəziyyətinin yaxşı olduğunu deyiblər.

Qeyd edək ki, Fərhad Muradov Nardaran hadisələrindən sonra həbs olunub, məhkəmə ona 12 il 6 ay həbs cəzası verib.


İslamçı məhbus ilahiyyatçı Fərhad Mirzə tibb məntəqəsinə yerləşdirildi - YENİLƏNDİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakerlər "Təmaslar" tətbiqinin köməyi ilə "iPhone" telefonuna giriş əldə edə bilirlər.
     17.08.2019
    ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər
    ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar İsrailin bu ölkədəki səfiri Ron Dermerə qəti etimadsızlıq göstərmək ehtimalı barədə müzakirələr aparırlar.
     17.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ