1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:24.06.2019 11:05:12

“Bu, Pakistanla soyuq müharibədə ən nəhs addımdır”

İslamazeri.com-un “National Interest”-ə istinadən verdiyi xəbərə əsasən, Hindistanın hipersəs-raketi sınaqdan keçirməsi Pakistan İslam Respublikası ilə mümkün nüvə müharibəsini bir addım daha yaxınlaşdırır.

Qeyd edilir ki, məlum raketi daha öncələr uğursuz sınaqlarının olmasına baxmayaraq, Hindistanın sözügedən layihəsi “Pakistanla soyuq müharibədə ən nəhs addımdır”.

Məqalə müəllifi bildirir ki, səs sürətini keçən sürətə nail olmaq üçün Hindistan, Rusiyanın silahında olduğu kimi, 20 Maxadək sürətə nail olmaq lazım olmayacaq. Artıq 5 Max belə kifayətdir.

O xatırladıb ki, ABŞ Rusiyanın məlum silahının bu qədər sürət toplamasına görə narahatdır, çünki onu ələ keçirmək qeyri-mümkündür.

Bildirilir ki, taktiki səviyyədə bu, o deməkdir ki, qırıcı daşıyan gəmiləri və aviabazaları həmin ələkeçirilməz raketlərin yaylım atəşi ilə məhv etmək olar, strateji səviyyədə isə o deməkdir ki, hipersəs silah "həqiqətən də qorxuludur”. Bu cür raketlər vasitəsi ilə, hətta nüvə başlıqları olmadan da, ilk zərbədəcə düşmənin nüvə arsenalını məhv etmək olar.

Xatırladılır ki, potensial düşmənlərin paytaxtları Nyu-Dehli və İslamabad arasındakı məsafə cəmi təxminən 700 km-dir və bu ölkələrin birindən atılmış belə bir raket cəmi bir neçə dəqiqəyə hədəfə çatacaq.

Müəllif sonda yazır ki, Hindistanın hipersəs silaha sahib olduğunu anlayan Pakistan öz nüvə arsenalı ilə özünü “hər yola əl at və ya hər şeyini itir” ideyasının" əsarətində hiss edə bilər.


İslam Respublikasına nüvə zərbəsi endirilə bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ruhani: ABŞ və İsrailin planı puç oldu! Qalib İrandır!
    İran prezidenti ölkədəki hadisələr barədə danışıb.
     20.11.2019
    Oqtay Gülalıyev təkrar əməliyyat olunacaq
    Noyabrın 20-də səhər saatlarında İstanbulun "Amerika Xəstəxanası"nda Oqtay Gülalıyevin növbəti neyrocərrahi əməliyyatı başlayıb
     20.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ