EURO 2,0849 NEFT 68,61
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:20.12.2017 11:27:56

Bu günlərdə İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altayın İslam dini ilə bağlı fikirləri əks olunmuş yazısını oxudum....

Bu günlərdə İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altayın İslam dini ilə bağlı fikirləri əks olunmuş yazısını oxudum. Əslində, İlqar müəllimin mövqeyi cəmiyyətə aydındır. Bu fikirlərə hansısa cavab vermək niyyətimiz yox idi. Sadəcə olaraq cəmiyyətdə son vaxtlar İlqar Altay kimi düşünənlər və bu düşüncəni doqma olaraq cəmiyyətə təqdim etmək istəyənlər də az deyil. Odur ki, qısaca olaraq bildirilən iradlara elə İlqar Altayın da özünün “dəlil olaraq” gətirdiyi məntiq yolu ilə fikrimizi çatdlrmağa çalışacağıq. Əvvəldən qeyd edim ki, yazıda əks olunan fikirlərin heç biri ilə razı deyiləm. Çünki, konkret faktlar üzərindən deyil, ümumi olaraq yanaşma var.

Elə yazının ilk cümləsində radikallıqdan danışan müəllif yazır ki, “Ən pis cəhət odur ki, bu radikallıq hər bir istiqamətdə özünü göstərir.” Ardınca isə bunu “İnsanlara qarşı nifrətdə, qadınlara qarşı münasibətdə, dövlətlərə qarşı mövqedə və s” kimi səciyyənləndirir. Çox yaxşı. Ancaq deyəsən İlqar müəllim İŞİD, Əl-Qaidə və s. ilə İslamı səhv salıb. Bütün dünya müsəlmanlarının, islam alimlərinin yuxarıda adı çəkilən cərəyanların islama heç bir aidiyyatı olmadığını deməsindən xəbəri yoxdur? Yəqin ki, var. Amma bunu “islamın içərisində” kimi təqdim etmək sadəcə bir şeyi düşünməyə əsas verir. Hərçənd bunu İlqar Altaya aid etmək düzgün olmasa da görünən odur ki, bu terrorçu cərəyanları islam dininin içinə soxuşdurmaq istəyənlərlə eyni mövqe sərgilənib. Ən qəribəsi isə odur ki, İslam dini ilə “ərəb” termini qarşılaşdırılır. Yəni, İslamın əhkamları (qaydaları) sanki təkcə ərəblərə aid imiş kimi göstərilir. Amma hörmətli İlqar müəllim bəlkə də hər gün oxuduğu Qurani-Kərimdə İslam dininin təkcə ərəblərə deyil, bütün dünya üçün gəldiyini göstərən ayələri oxumayıb. Oxuyubsa da, görünür ki, dindar baxış bucağı olmadığından o qədər də əhəmiyyət etməyib.

Keçək yazıda olan digər bir məsələyə. Müəllif bütün müsəlmanları, bəli, bütün müsəlmanları cahil, təhsilsiz, bir sözlə geridə qalmış kimi təqdim edir. “Əvvəl bir ayılın, dŞ«şŞ«nŞ«b yəqin edin ki, Allah sizi təqdir edir, ya sizdən inkişaflı yaratdığı qalan 6 milyard insanı? Və qəzəbləndirmək lazım deyil ki, musəlmanları əsrlərlə bəşəriyyətin geridə qalmış sırasında saxlasın" deməklə bunu təsdiqləmiş olur. Hətta bir az irəliyə gedərək müsəlmanları inkişafla mübarizə aparan adlandırır. Ardınca da müasir texnologiyaları qeyri-müsəlmanların kəşf etdiyini, amma müsəlmanların ondan bəh-bəhlə yararlanaraq onları bəyənmədiklərini ifadə edir.

Burada bir haşiyəyə çıxmaq istəyirəm. Ümumiyyətlə hörmətli İlqar Altayın yazısındakı hər bir fikri oxuyanda məndə elə təsəvvür yarandı ki, müsəlman ölkələrinin hamısı ibtidai icma quruluşunda yaşayır. Yəqin ki, İlqar müəllim Dubaya, Sinqapura, Küveyt, Bəhreyn, Malayziya, lap elə Türkiyənin özünə də getməyib. Bəlkə də bu ölkələr barədə məlumatı yoxdur. Çünki mən bildiyimə görə adını çəkdiyim müsəlman ölkələrinin iqtisadiyyatı dünyanın irəlidə olan iqtisadiyyatlardandır.

Və ya Altay müəllimin İslam alimlərinin dünyaya verdiyi töhfələrdən, Kopernikdən 500 əvvəl yerin şar olduğunu, Günəş ətrafına fırlandığını deyən, yerin çevrəsini hesablayan Birunidən, Cəbr elminin banisi əl-Xarəzmidən, kimyanın banisi ibn Həyyandan, optikanin banisi Heysəmdən, dünyada ilk universitetin Mərakeşdə Fatimilər tərəfindən yaradıldığından, 2 əsrə yaxın dünya elm mərkzi olmuş Bağdaddan və Nizamiyyə mədrəsələrindən, Kordovadan, ibn Rüşddən və s. ümumiyyətlə xəbəri yoxdur. Bir azacıq özünə zəhmət verib elə “quql”da və ya elə saytımızda axtarsa çox geniş və maraqlı məlumatlar tapar. Bəli, çoxdan olub, amma bu məlumatlar fonunda  “əsrlərlə bəşəriyyətin geridə qalmış sırası” demək axı ən azı ədalətsizlik və böhtandır.

Bu inkişafın qaynağı da elə İslam dini olub. Onun elmə və inkişafa verdiyi önəmlə. Elə bir dövrdə ki, xristian Qərbi o zaman özünün ən qaranlıq dövrünü yaşayıb. Elə Qərb tarixşünaslığında o dövr “qaranlıq əsrlər” adlandırılır. İndi o zaman yaşayan hər hansı bir “İlqar Altay” nə deyərdi? “Ay xristianlar, əvvəl bir ayılın, düşünüb..”?

Qayıdaq dövrümüzə. Müəllif inkişafda qeyri müsəlmanları o qədər yüksəyə qaldırır, elm və inkişafı məhz dini amillə o qədər bağlayır ki, dünyanın ən geridə qalmış regionlarında – Afrikada, Cənub və Şərqi Asiyada, Hindistanda kasıblıq və geridə qalmışlıqdan əziyyət çəkənlərin böyük əksəriyyətinin elə qeyri-müsəlmanlar olduğunu da unudur. Bir sözlə məntiq olaraq təqdim etmək istədiyi hər bir mövqe məntiqsizdi.

Bir də İlqar müəllimə tövsiyə edərdim ki, məşhur Azərbaycanlı alim Lütfü-zadənin elmi varisi Rafiq Əliyevin mətbuatda müsəlmanların elmi kəşfləri ilə bağlı müsahibəsini oxusun. Rafiq müəllim deyir ki, dünyanın ən böyük elmi-tədqiqat mərkəzlərində çalışanların 70 faizi müsəlmanlardır. Ola bilər ki, təqdimat edəndə müsəlmanın adı görünməsin, amma bu fakt mövcuddur.

Son olaraq yazıda mənə ən çox təsir edən məqama gələk. Hörmətli İlqar Altay müsəlman qadınların baş örtüyü məsələsini sanki məsxərə edirmiş kimi tənqid edir. Deyir ki, bu nəyə lazımdır? Qadının kişidən qorunması keçmişə aid bir məsələdir. Müasir zamanda kişilər şəhvətlərinə hakimdirlər və qadının qorunmasına ehtiyac yoxdur. Həmçinin elə “vəhşi ərəb” ifadəsi ilə bunun yalnız Şərq ölkələrində olmasından danışır.

Burada bir məsələni diqqətə çatdırmaq yerinə düşərdi. Ümumiyyətlə İslam dininin qaydalarına baxış bucağından asılı olaraq yanaşma fərqli ola bilər. Məsələn, kimin üçünsə bu “məntiqi yanaşma”, kimin üçün isə İlahi göstərişdir. Bir çoxları dinin ehkamlarında məntiq axtarır. Buna da bir misal çəkib keçmək istərdim. Peyğəmbərin (s) bir hədisi var ki, yeməkdən sonra dişlərinizi çubuqla filan mütləq təmizləyin, amma  nar və reyhan çubuğu olmasın. O zaman nə diş pastası, nə də fırça var idi. Amma bu iki ağac tövsiyə edilmirdi. İslam dininin göstərişlərinə irad tutan İlqar müəllimin nəzərinə çatdırmaq istəyirəm ki,  alimlər yalnız XX əsrdə “kəşf ediblər” ki, sən demə bu iki ağac dişin kökünə ziyan imiş və təbii firçalarda və pastalarda bu bitkilərdən istifadə etmək olmaz.

Amma dindar üçün, məsələn, hicab məsələsində hansısa məntiq axtarmaq vacib deyil. Çünki o Allaha inanır, onun qaydalarına tabe olur və bunu icra etməkdən məmnundur. İndi kimsə Allahı öz xəyalındakı kimi qəbul edir, yaxud ümumiyyətlə qəbul etmir, İslam dininin ehkamlarında məntiq axtarırsa o insanın özünün məntiqində problem var. Qəbul etmədiyin bir şeydə niyə məntiq axtarırsan? Yox fikrin bunu anlamaq, qəbul etməkdirsə o zaman yaxşı. Bilən birindən soruş. Yox elə-belə mız qoymaqdırsa, onda daha faydalı işlərlə məşğul olmaq daha yaxşı olar.

Qayıdaq baş örtüyü məsələsinə. İlqar Altay deyir ki, bəs, bu qadına lazım deyil. İndiki kişilər, xüsusən də qərblilər mədənidirlər, qadınla işləri yoxdur. Bu problem şərqdə, “vəhşi ərəblərdə” olardı. Bir neçə gün əvvəl mətbuatda bir yazı oxudum ki, keçən ay Londonda 15-16 yaşlı bir qız, axşam 11-də bardan çıxıb evə gələndə elə küçədəcə 2 saat ərzində 3 dəfə, bir biri ilə əlaqəsi olmayan şəxslər tərəfindən, sonuncu dəfə qrup formada  zorlanıb. İndi nə deyək? Dünyaya mədəniyyət öyrətmək iddiasında olan, yəqin ki, İlqar müəllimin də heyranı olduğu Londondan söhbət gedir.

Gələk hicab məsələsində axtarılan məntiqə. Müəllif deyir ki, Allah belə şeyi əmr etməyib və istəməz. Gərək biz çadranın altından boylanıb inkişaf edək. Amma maraqlıdır ki, başlarını əsrlərdir örtən nənələrimizi də misal gətirir. Hörmətli Altay müəllim, bax həmin başı örtülü nənələr dünyaya Məhəmməd Fizuli, Nizami Gəncəvi, Nəsrəddin Tusi, İbn Sina, Məmməd Əmin Rəsulzadə, Atatürk, Heydər Əliyev, Lütfü-zadə və s. kimi insanlar tərbiyə edərək bəxş ediblər. Odur ki, təhsilin, filanın hicabla heç bir əlaqəsi yoxdur.

Son olaraq! İslam dini əsrlərdir var və bundan sonra da olacaq. İslamın ünvanına hər zaman belə sözlər deyilib və bundan sonra da deyiləcək. Amma islam qalacaq, sözləri deyənlər isə ....

 

Orxan Əli

İslam.az


İslam qalacaq, İslama “dərs verənlər” isə...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Lənkəranda evlərə basqın edərək bir nəfərin ölümünə səbəb olan şəxs saxlanılıb - FOTO
    Bir neçə gün öncə Liman şəhərinin "Xutor" deyilən yaşayış massivində üç evə basqın edərək 4 nəfərə ağır xəsarət yetirən və nəticədə onlardan birinin ölümünə səbəb olan naməlum şəxs barədə yeni təfərrüatlar məlum olub.
     21.01.2018
    20 Yanvar faciəsilə bağlı geniş tədbir keçirildi - İmam Ümmət məscidində - FOTO, VİDEO
    Dünən Bakının Bülbülə qəsəbəsində yerləşən İmam Ümmət məscidində 20 Yanvar faciəsilə bağlı geniş tədbir keçirilib
     21.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ