İŞİD terror qrupu İraqın Səlahəddin vilayətinin Əldəcil bölgəsində yerləşən “İbrahim bin Malik” türbəsinə qumbaratandan hücum ediblər.

İslamazeri.com "Az.shafaqna.com"a istinadən xəbər verir ki, hücum zamanı 13 nəfər ölüb və yaralanıb.
Məlumatda qeyd edilri ki, İŞİD terrorçuları RPG qumbaratanı ilə Şeyx İbrahim bin Malik Əştərin türbəsinə hücum ediblər.
Bu hücumda 3 polis və 3 “Haşdi Şabi” döyüşçüsü dünyasını dəyişib, 7 nəfər isə yaralanıb.
İŞİD Malik Əştərin oğlunun türbəsinə hücum edib