EURO 1,858 TRY 0,2502
USD 1,7 RUB 0,0238
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:04.05.2020 00:10:26

Bu sözləri "Əsaib Əhlulhəqq" hərəkatının baş katibi Qeys Əlxəzəli deyib

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İŞİD şənbə günü Haşdi Şabi təşkilatına hücum edib.

İraqın Səlahədddin vilayətində yerləşən Samirra şəhərinin şimalı və Tikritin cənubundakı Məkişfə və Bələd bölgələrində İŞİD terrorçuları ilə kəskin döyüş zamanı Haşdi Şabinin 10 nəfər dünyasını dəyişib,  4 nəfər də yaralanıb. Bu döyüşlərdə bir qrup terrorçu da ölüb və ya yaralandığı deyilir.

İraqda "Əsaib Əhlulhəqq" hərəkatının baş katibi Qeys Əlxəzəli İŞİD terror qrupunun son hücumlarına reaksiyada bir açıqlamada bildirib ki, bu hücumlar amerikalıların İraqdakı işğalçılıqlarının davam etdiyinə əsas verir.

"Bu hücumlar sionist rejimin təhlükəsizliyi və neftə hökmranlıq məsələsi istiqamətində həyata keçir. Amerika İraq parlamentinin əcnəbi hərbçilərin, o sıradan amerikalı qüvvələrin qovulmaları barədəki qərarına görə, Bağdaddan intiqam almaq istəyir.", -deyə Xəzəli əlavə edib.

Qeys Əlxəzəli İŞİD-in hücumları ilə yeganə və ən düzgün mübarizə yolunu İraqın kəşfiyyat orqanının gücünün genişləndirilməsi və fəallaşdırılması adlandırıb. O bildirib ki, İŞİD-i gücləndirmək üçün gizli surətdə səy göstərən kəslərə söykənmək yerinə, iraqlı təhlükəsizlik qüvvələrinə söykənmək gərəkdir.

Sözlərinin sonunda  "Əsaib Əhlulhəqq" hərəkatının baş katibi Qeys Əlxəzəli deyib: "Haşdi Şabi  İraqdakı siyasi zəifliyin fonunda, terrorçu İŞİD qruplaşmasının hücumları ilə mübarizə qüdrətinə malikdir."


İŞİD-in İraqda baş qaldırması ABŞ-ın Bağdadı cəzalandırmaq üçündür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Sistaninin Nəcəf Ofisindən bayram açıqlaması...
    Bu haqda Alulbeyt Türkiyənin təmsilçilərindən olan Höccətülislam Onurşan Rəhmani bildirib
     23.05.2020
    FİTR bayramınız MÜBARƏK!
    24 May Şəvval ayının biridir
     23.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ