EURO 1,9828 NEFT 72,87
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:05.01.2018 10:06:24

Heç bir halda onlara təslim olmayın. Partlayıcı, tapança və yapışqanlı bombalardan istifadə edin.

İŞİD terror təşkilatı Fələstinin müqavimət hərəkatı olan HƏMASa qarşı müharibə elan edib. İŞİD-in Misirin Sina yarımadasındakı hərbi qanadı 22 dəqiqəlik video-müraciət yayaraq yaraqlıları Qəzzadakı HƏMAS hərəkatı ilə döyüşə çağırıb.

FaktXəbər-in "Washington Post"a istinadən verdiyi məlumata görə, İŞİD-in HƏMAS hətəkatına qarşı düşmən mövqeyi ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra başlayıb. Video-müraciətdə deyilir ki, HƏMAS kafir Qərblə əməkdaşlıq edir və buna görə bütün mücahidlər Qəzzaya qarşı mübarizə aparmalıdır.

"Heç bir halda onlara təslim olmayın. Partlayıcı, tapança və yapışqanlı bombalardan istifadə edin. Məhkəmələrini, güc strukturlarını bombalayın",-deyə İŞİD-çinin müraciətində bildirilir.

Qeyd edək ki, HƏMAS hərəkatı İsrailin Fələstin torpaqlarını işğal etməsindən sonra yaradılıb. Hərəkatın hərbi qanadları fəlsətinliləri müdafiə etmək məqsədilə silahlanaraq İsrail ordusuna qarşı mübarizə aparır. İŞİD terrorçularının müsəlman fələstinlilərlə birgə İsrailə qarşı mübarizə aparmaq əvəzinə, HƏMAS hərəkatına müharibə elan etməsi terror təşkilatının ABŞ və İsrail maraqlarına xidmət etməsini bir daha təsdiqləyib.


İŞİD HƏMASa müharibə elan etdi: Qəzzaya hücum edin

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Peşə təhsili və insan kapitalı” jurnalının redaksiya heyəti təsdiqlənib - SİYAHI
    Təhsil naziri Ceyhun Bayramov “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalın redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında əmr imzalayıb.
     20.07.2018
    Yayın ortasında Rusiyanın bu şəhərinə qar yağdı - VİDEO
    Rusiyanın Norilsk şəhərinə qar yağıb.
     20.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ