1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:20.12.2017 11:22:37

İ.Səbri: işğalçı İsrailin Qüdsdə tarixi əsəri yoxdur və...

İşğalçı İsrail rəsmilərinin Məscid-i Əqsanın qərb hissəsindəki Burak divarının altında yeni bir sinaqoq açdığı bildirilir. Maide.Az “yenisafak”-a istinadən xəbər verir ki, İsrailin Qərb Divarı Vəqfi tərəfindən verilən yazılı açıqlamada bildirilir ki, Burak divarında 12 illik işdən sonra yeni bir sinaqoqun tikintisi tamamalanıb və artıq istifadəyə verilib. Bildirilir ki, sinaqoqun ibadət zalı ənənəvi və müasir incəsənət üslubunda dizayn olunub və nadir işıqlandırma sistemi quraşdırılıb. Qeyd edək ki, Qüdsdəki İslami vəqflər və qurumlar təşkilatı işğalçı rejimin Məscid-i Əqsanın altındakı qazıntılarını pisləşmişd. Məscidi-i Əqsa xətibi Şeyx İkrimə Səbri də daha əvvəl verdiyi açıqlamada, "Burak Divarının Məscidi-i Əqsanın İslam vaqfi olduğunu bildirmişdi. Şeyx İkrimə Səbri qeyd etmişdi ki, işğalçı İsrailin Qüdsdə tarixi əsəri yoxdur və tarixi əsər araşdırması edə bilməz. 1967-ci ildən bu yana tikdiyi sinaqoqların isə hər hansı tarixi keçmişi yoxdur. Bir neçə gün öncə İsraildə həftəlik yayımlanan “Jerusalem” jurnalı iddia etmişdi ki, işğalçı İsrail rejimi Qüds şəhərində yeni yəhudi məbədi inşa edəcək. Sözügedən məbədin 2000 metr ərazini zəbt edəcəyi vurğulanır. Qeyd olunur ki, tikiləcək məbəd fələstinlilərin evləri dağıdıldıqdan sonra inşa olunacaq. Xatırladaq ki, 2003-cü ildən etibarən işğalçı İsrail rejimi Əl-Əsqa məscidinə müsəlmanların girişinə yaş məhdudiyyətləri qoyub. Bir çox radikal israil təşkilatı və siyasətçiləri, Hərəmi Şərifdə daha əvvəl iki dəfə məhv edilmiş bir yəhudi məbədinin olduğunu iddia edərək axtarışlara başlamağı tələb edib. Xatırladaq ki, Qüdsdə olan Məscidül-Əqsa, müsəlmanların ilk qibləsidir. Yəhudilər, Qiblə Məscidi və Qübbəti Sahra Məscidinin ətrafında qazıntı işləri aparır, muzeylər, mədrəsələrin olduğu Məscidi-Əqsa kompleksinin altında Süleyman Məbədini axtarırlar.
İşğalçı İsrailin Məscid-i Əqsanın altında yeni sinaqoq açdığı bildirilir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Koronavirusa ən çox yoluxan 10 müsəlman ölkəsi
    worldometers saytı dünya üzrə rəsmi mənbələrə istinadla özünün onlayn cədvəlini hazırlayıb.
     02.04.2020
    İrana kömək təklif edən Tramp, Rusiyadan yardım istədi
    Tramp özü Putinlə danışdıqdan sonra Rusiyanın köməyi barədə həvəslə danışıb
     02.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ