EURO 1,8856 TRY 0,3045
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:09.01.2019 16:26:25

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) İslam ölkələri mədəniyyət nazirləri konfransının qərarına uyğun olaraq 2019-cu ili “İslam mədəni irsi ili” elan edib.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) İslam ölkələri mədəniyyət nazirləri konfransının qərarına uyğun olaraq 2019-cu ili “İslam mədəni irsi ili” elan edib.

Mədəniyyət Nazirliyindən İslamazeri.com-a verilən məlumata görə, ISESCO öz bəyanatında üzv dövlətləri bu əlamətdar hadisənin bayram edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırıb. Təşkilat, həmçinin maddi və qeyri-maddi mədəni irsin xalqların tarixi yaddaşının və adət-ənənələrinin qorunub saxlanılmasında əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, İslam dünyası müsəlman ölkələrinin və onların dünyanın digər mədəniyyətləri ilə qarşılıqlı fəaliyyətinin, həmçinin yaradıcı ziyalıların - alimlərin, şairlərin yazıçıların, rəssamların, memar və ənənəvi sənət ustalarının məhsuldar əməyinin bəhrəsi olan zəngin və rəngarəng mədəni irsə malikdir.

“İslam mədəni irsi ili” çərçivəsində müsəlman ölkələrində mədəniyyətin inkişafında töhfə olan tarixi-memarlıq abidələrinin, rəssamlıq şedevrlərinin, əlyazmalarının, sikkələrin, İslam rəmzləri və müasir detalların təbliğinə xüsusi diqqət yetiriləcək. ISESCO, həmçinin bir çox maddi və qeyri-maddi irs nümunələrinin İslam Dünyası Mədəni İrsi Siyahısına daxil edilməsini təklif edir.

Bununla yanaşı, il ərzində sözügedən mövzuya həsr olunmuş “Açıq qapı” günləri keçiriləcək. ISESCO ekstremistlərin, sektant və terrorçuların fəaliyyəti nəticəsində münaqişə zonalarında təhlükə altında qalan zəruri sənədlərin qorunması ilə də məşğul olacaq. Təşkilat, həmçinin müsəlman ölkələrinə maddi və qeyri-maddi mədəni irs sahəsində mütəxəssislər hazırlanması, onların peşə, texniki və elmi bilik və bacarıqlarının artırılması üzrə təkidlə müraciət edib.


ISESCO 2019-cu ili “İslam mədəni irsi ili” elan edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD Kabildə toyda partlayışa görə məsuliyyəti öz üzərinə götürüb
    ŞİD teror qruplaşmasının Əfqanıstandakı bölməsi Kabildə toy zamanı 63 nəfərin ölümü, 183 nəfərin yaralanması ilə nəticələnmiş bomba hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.
     19.08.2019
    Şəmkirin Sarıtəpə kəndindəki yanğında ana ölüb, nənə ağır vəziyyətdədir
    Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində, ərin bazar günü həyat yoldaşının ata evini yandırması nəticəsində öncə övladı, həyat yoldaşı isə sonradan xəstəxanada vəfat edib.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ