EURO 1,9658 NEFT 73,3
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR

Kateqoriya : XƏBƏRLƏR

Yayınlanma tarixi:14.03.2018 21:56:55

İsa Qəmbər martın 14-də Türkiyədə müalicə aldığı Hacettəpə xəstəxanasından çıxıb

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər martın 14-də Türkiyədə müalicə aldığı Hacettəpə xəstəxanasından çıxıb. Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı Facebook səhifəsində yazıb.

"İsa bəyin Ankarada müayinə və müalicəsi uğurla başa çatdı. Xəstəxanadan çıxdı. Yaxın günlərdə Bakıya dönəcək", - A.Hacılı qeyd edib.

Bu il yanvarın 13-də ürəyində narahatlıq yaranan İ. Qəmbər Mərkəzi Klinikaya yerləşdirilib, ürəyinə stend qoyulub və yanvarın 18-də evə buraxılıb.

Fevralın sonlarında yenidən Mərkəzi Klinikaya müraciət edib, klinika bunun sırf profilaktik xarakterli olduğunu bildirib.

Fevralın 28-də İ. Qəmbər Müsavat Partiyasının başqanı Arif Hacılı ilə Türkiyəyə gedib. O, Ankara Hacettepe Universiteti xəstəxanasının nevrologiya şöbəsində müalicə olunub.

Xəstəxananın nevrologiya şöbəsindən BBC radiosuna bildiriblər ki, İ. Qəmbər Bakıda beyin qanaması keçirib.

"Qanaması böyükdür, amma vəziyyəti stabildir. Bütün nevroloji müayinələri normaldır. Danışır. Yemək yeyir. Hərəkətdədir. Beyin qanaması ona fiziki mənada heç bir təsir göstərməyib. Beyin qanaması ilə bağlı hər hansı nevroloji defisiti yoxdur. Gücü, qüvvəti yerindədir. Həftə içində Bakıdakı hər hansı xəstəxanaya köçürməyi düşünürük. Sadəcə, onun istirahət etməsi lazımdır",- BBC xəstəxanadakı mənbəyə istinadən yazıb.

İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularındandır, 1992-1993-cü illərdə parlamentin sədri olub, müəyyən müddət prezident səlahiyyətlərini icra edib.

1992-ci ildən 2015-ci ilə kimi Müsavat Partiyasının başqanı olub. (Turan)


İsa Qəmbər xəstəxanadan çıxıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bayrağımız bundan sonra belə asılacaq - Nazirlər Kabinetindən qərar
    Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edilməsi haqqında” 29 oktyabr 2013-cü il tarixli qərarında yol verdiyi səhvi aradan qaldırıb.
     22.06.2018
    İrandan ABŞ-ın BMT İnsan Haqları Şurasından çəkilməsinə reaksiya
    Məhəmməd Cavad Laricani ABŞ-ın BMT İnsan Haqları Şurasından çəkilməsinə reaksiya göstərdi.
     21.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ