EURO 2,0069 NEFT 78,51
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:8.02.2018 09:43:59

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat partiyasının prezidentliyə namizədi İsa Qəmbər ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Bricet Brinklə görüşüb.

 Bu haqda Basta saytı məlumat yayıb.

Sayt Müsavat partiyasının mətbuat xidmətinə əsasən yazır ki, görüşdə Azərbaycan-ABŞ əlaqələri, bir sıra regional proseslər müzakirə edilib: “İsa Qəmbər Azərbaycanın qarşılaşdığı daxili və xarici problemlər haqda danışıb, Qarabağın işğalı, demokratiya, siyasi və iqtisadi azadlıqların boğulması, siyasi məhbus məsələsi və digər problemlərin səbəbləri və həlli yolları barədə fikirlərini bildirib. Xanım Brink öz növbəsində ABŞ-ın Azərbaycanla münasibətlərə hərtərəfli yanaşdığını, o cümlədən demokratiya və insan haqları məsələsinə ciddi önəm verdiyini söyləyib.

Görüş zamanı əsas müzakirə edilən mövzulardan biri də Azərbaycanda 2018-ci il oktyabr ayında keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin 6 ay irəli çəkilməsinin və 11 aprelə təyin edilməsinin səbəbləri və mümkün nəticələri olub”.

ABŞ səfirliyində keçirilən görüşdə səfir Robert Sekuta da iştirak edib.


İsa Qəmbər ABŞ Dövlət katibi müavininin köməkçisi ilə görüşüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Cəlilabad rayonunda poçtdan 5 min manatlıq oğurluq olub
    Cəlilabad rayonunun Göytəpə şəhərində oğurluq hadisəsi baş verib.
     19.05.2018
    Gürcüstanın İslami Camiəsində tanınan təşkilatlar arasında məhkəmə çəkişməsi - ƏTRAFLI
    Gürcüstan müsəlmanları, xüsusilə şiələri arasında sosial şəbəkələrdə ciddi ittihamlar, ittihamlar arasında Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidovun da adı hallanır
     19.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ