XƏBƏRDARLIQ PƏNCƏRƏSİ

Məlumatı əldə etmək üçün 18 yaşından böyük olmağınız lazımdır...

BƏLİ, 18 YAŞINDAN BÖYÜYƏM XEYR, 18 YAŞINDAN KİÇİYƏM
EURO 1,9008 TRY 0,2779
USD 1,7 RUB 0,0262
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:17.12.2018 10:27:18

Təntənəli mərasim zamanı qurbangahda yepiskopun qarşısında dayanan zaman onun yanında bəy olmayıb.

Xristianlıq dinində rahibələrin ərə getməyərək bakirə qalmaları dünyada dini bilgiləri araşdıranlara məlumdur. Lakin rahibə olmadan özünü İsa Məsihə saxlayanlar haqqında çox da məlumat verilmir. İslamazeri.com xəbər verir ki, Sosial məsələlər üzrə BBC müxbiri  Valeria Perasso bu haqda maraqlı araşdırma yazı yazıb. O bu cür "gəlinlər" haqqında məlumat verib... 

...Jessica Hayes özünə gəlinlik libası, duvaq və üzük alıb. Lakin təntənəli mərasim zamanı qurbangahda yepiskopun qarşısında dayanan zaman onun yanında bəy olmayıb.

O, İsa Məsihə ərə gedirdi. 41 yaşlı Jessica özünü müqəddəs bakirə adlandırır. Bu, katolisizmdə həyatlarını Məsihin gəlini olaraq Allaha həsr etmək istəyən qadınlar tərəfindən qəbul edilən bir vəddir.

Hətta katolik kilsəsində belə müqəddəs bakirələr barədə çox az adam bilir. O cümlədən özünü bu cür Allaha həsr edilməsinə kilsə tərəfindən rəsmən təqribən 50 il əvvəl icazə verilib.

Mərasim zamanı gəlin kimi ağ libas geyinən müqəddəs namizəd bakirəyiliyini qoruyacağı, cinsi və romantik münasibətlərə girməyəcəyi barədə vəd verir.

Qadın həmçinin məsihçi olmasının əlaməti olaraq nişan üzüyü taxır.

"Məndən tez-tez soruşurlar ki, sən belə ərə getmisən? Adətən qısa şəkildə izah edirəm ki, mən demək olar ki rahibəyəm və özümü Məsihə həsr etmişəm, lakin bununla yanaşı dünyada yaşayıram", - Jessica Hayes izah edir.

Nişan üzüyü müqəddəs bakirələr üçün onların Məsihlə mistik birləşməsinin rəmzidir

Amerikanın Bakirə Qızlar Assosiasiyasının məlumatına görə, Jessica ABŞ-da yaşayan 254 "Məsih gəlinlərdən" biridir. Assosiasiyanın üzvləri arasında dayə, psixoloq, yanğısöndürən, mühasib və hətta bizneslə məşğul olan var.

2015-ci ildə aparılan tədqiqata görə, dünyada 4 minə yaxın müqəddəs bakirə var. Vatikanda deyilənlərə görə, dünyanın müxtəlif coğrafi və mədəni ərazilərində bu cür xidmətə maraq artıb.

2020-ci ilə qədər onların sayının 5 minə çatacağı gözlənilir. Rahibələrdən fərqli olaraq müqəddəs bakirələr qapalı icmalarda yaşamırlar və xüsusi geyimdə olmurlar. Onlar dünyəvi həyat tərzi sürür, işləyirlər və özlərini təmin edirlər. Kişilər üçün katoliklikdə analoji xidmət mövcud deyil.

"Mən 18 ildir müəllimə işləyirəm. Mən təhsil aldığım köhnə məktəbdə dərs deyirəm", - deyə İndiana ştatının Fort Wayne şəhərində yaşayan Jessica deyir.

"Özümü bu cür xidmətə həsr edənə qədər anladım ki, rahibələrin həyat tərzi - dini icma və ya apostol missiyası mənə görə deyil", -deyə Jessica izah edir.

İthaf mərasiminin ən əhəmiyyətli anı uzanan bakirənin qurbangah qarşısında səcdə etməsidir

Jessica dərslə məşğul olmayan zaman vaxtının çox hissəsini dua etməklə keçirir. O, yepiskop qarşısında hesabat verir və mütəmadi olaraq mənəvi müəllimləriylə görüşür.

"Mən yaxınlıqda yaşayıram, evimin iki addımlığında yerləşən kilsəyə aidəm və yaxınlarıma, dostlarıma kömək etməyə həmişə hazıram. Bundan başqa, dərs dediyimə görə bütün günü ətrafımda insanlar var. Lakin buna baxmayaraq özümü Allaha həsr etmək üçün vaxt tapıram".

Əvəllər Jessica-nın romantik münasibətləri olub. Lakin onun sözlərinə görə, bu münasibətlər onu heç vaxt ozünə tam bağlamayıb.

"Bir vaxtlar fikirləşirdim ki, mənim həyat məqsədim evlilikdir, axı bu insan üçün təbii arzudur. Ona görə də görüşürdüm, lakin bu heç vaxt ciddi olmayıb".

Ömür boyu ithaf

İlk xristianlıq dövründən başlayaraq bakirəlik kilsə həyatının vacib ünsürlərindən olub. Bizim eranın ilk 3 əsrində bakirəlik vədi verən qadınların çoxu kilsə tərəfindən təqdir edilən şəhidlik seçimi həyatları bahasına başa gəlib.

Müqəddəs Aqnes Roma məmurunun oğlunun nikah təklifini rədd edərək Məsih uğrunda nikahsızlıq vədi verir

Onların arasında bakirəliyini qoruyan və həyatını Allaha həsr etmək barədə vədinə görə öldürülən romalı müqəddəs Aqnes də var.

Əsrin ortalarında rahibə həyatının məşhurlaşması, Allah adına dünyəvi subaylıq təcrübəsi azalmağa başladı.

Və yalnız 1971-ci ildə, Vatikan müqəddəs bakirəlik barədə sənədi qəbul etdikdən sonra canlanmağa başladı. Və bunun ardınca Müqəddəs kilsə daxilində qadın bakirəliyinin könüllü formasını qəbul etdi.

Jessica deyir ki, mənəvi müəlliminə rast gəlməyənə qədər müqəddəs bakirə olmaq barədə heç vaxt düşünməyib.

Jessica-nın müqəddəslik mərasimində dostları və qohumları iştirak edib

Jessica bu qərarı 2013-cü ildə, 36 yaşı olan zaman qəbul edib. Təqva (günahların bağışlanması) isə iki il sonra baş tutub.

"Baxmayaraq ki, mən müqəddəsliyə qədər olan vəzifəni icra edirəm amma fərq var. Çünki Allaha ər kimi etibar etmək, ona dost kimi etibar etməklə eyni deyil".

Seksual məsələlərin yüksək əhəmiyyət daşıdığı cəmiyyətdə bütün həyatı boyu fiziki yaxınlıqdan imtina edən müqəddəs qadınlar üçün müəyyən çətinliklər yarana bilər.

"Mən düşünürəm ki, ən çətini səni düzgün başa düşməmələridir. Çünki bizim seçim bu günkü mədəniyyətə meydan oxumaq kimi görünür. Mən tez-tez "belə çıxır ki, sən təksən" sözlərini eşidirəm. Və mən onlara mənim üçün ilk yerdə Allahla münasibətimin dayandığını və mənim bədənimin Allaha məxsus olduğunu izah etməyə məcbur oluram".

Fizioloji saflıq?

Ötən ilin iyul ayında Vatikanın yeni sənədi müqəddəs bakirələr icmasını coşdurub.

Ən çox müzakirə olunan məsələ isə müqəddəs bakirəlik yolunu seçən qadınların müqəddəslik mərasimi keçirilənə qədər fizioloji cəhətdən bakirə olub-olmamasıdır.

Yalnız tövbə günündən etibarən bakirəliyi vəd edən rahibələrdən fərqli olaraq Məsih gəlinlərindən əvvəldən bəkarətlərini saxlamaları gözlənilirdi.

Vatikanın yeni sənədinin 88-ci bölməsində olan şərtə görə "bədəninizi mükəmməl və ismətli şəkildə qoruyub saxlamaq" vacibdir, amma bu mütləq deyil.

Başqa sözlə desək hazırda bakirə olmadan da müqəddəs bakirəliyin sıralarına qəbul olmaq olar.

Roma Papası Francis müqəddəs bakirələrin roluna aydınlıq gətirilməsi barədə suallara reaksiya verib

Jessica-nın sıralarına daxil olduğu Amerikanın Müqəddəs Bakirələr Assosiasiyası Vatikan tərəfindən yayılmış yeni rəhbərliyi məyusedici hesab edir.

Assosiasiyanın yaydığı bəyanatda onun kilsənin fizioloji cəhətdən bakirəliyin artıq bakirəlik həyatı üçün vacib şərt olmadığını öyrənən zaman şok keçirdiyi bildirilir.

Jessica deyir ki, istəyərdi ki, Müqəddəs Kilsənin sənədində daha çox aydınlıq olsun.

Bununla yanaşı, o, Roma Katolik Kilsəsinin başçısının onun kimi qadınlara diqqət ayırdığına görə özünü xoşbəxt sayır.

"Eyni zamanda bəyanatda əvvəlki kimi deyilir ki, müqəddəs bakirəliyə namizədlər nikahda olmamalı və ya ismət ləyaqətini kobud pozmamalıdırlar", - deyə o əlavə edib.

 
Yeni müqəddəs bakirələrə görə məsuliyyəti yerli yepiskoplar daşıyır

 

"Mümkündür ki, kimsə nə vaxtsa keçmişdə anlaşılmazlıq yaşayıb və ya məsələn, qız təcavüzə məruz qalaraq bakirəliyini itirib. Bütün bunlar şüurlu şəkildə baş verməyib", - o, deyir.

Jessica deyir ki, son nəticədə burada söhbət katolik qadınlar arasında bu cür xidmətin təşviqindən gedir.

"Müqəddəs qadınların sayının artması insanların məhz Allaha bu cür xidmətə ehtiyacları olmasıyla bağlı ola bilər və kilsənin hazırda buna ehtiyacı var", - Jessica deyir. (Mənbə: BBC Azərbaycanca)

 


İsa Məsihə görə ərə getməyən "gəlinlər" - ƏTRAFLI (18+)

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Almaniya Kubokunda "Bavariya" və "Leyptsiq" komandaları arasında final oyunu keçirilib.
     26.05.2019
    Mübarək Ramazan ayının 20-ci günün duası
    Mübarək Ramazan ayının 20-ci günün duasını təqdim edirik
     26.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ