EURO 1,9921 NEFT 72,06
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.09.2017 14:21:27

Qasırğanın təsirilə qısa müddət ərzində dəniz suları naməlum istiqamətə sovurulub və sahil yüzlərlə metr məsafədə quruyub.

Bir neçə gün ABŞ-ı cənginə alan "İrma" qasırğası maraqlı təbiət hadisələrilə də yadda qalıb.

İslamazeri.com "France24"-ə istinadən xəbər verir ki, sentyabrın 9-da Baham adasının sakinləri qəribə mənzərə ilə rastlaşıblar. Belə ki, qasırğanın təsirilə qısa müddət ərzində dəniz suları naməlum istiqamətə sovurulub və sahil yüzlərlə metr məsafədə quruyub. Eyni hadisə bir gün sonra Floridanın Tampa körfəzində qeydə alınıb. Həftə sonu ərzində isə dəniz suları yenidən geri qayıdıb.

Maraqlı mənzərənin şahidi olan sakinlər sahildən çəkilmiş dəniz sularının necə sürətlə geri qayıtmasının video və foto görüntülərini çəkiblər.

Meteoroloqlar nadir rast gəlinən təbiət hadisəsinin izahını da veriblər. Belə ki, ilk olaraq güclü külək sahil sularını açıq dənizə doğru itələyir. Bunun ardınca qasırğa burulğanının mərkəzindəki alçaq təzyiq səbəbilə hava və su yuxarıya doğru sovrulmağa başlayır. Beləliklə açıq dənizdə - qasırğanın mərkəzində suyun səviyyəsi yüksəlir və nəticədə sahildəki su azalaraq geri çəkilir.

Məlumata görə, "İrma" qasırğası bitdikdən bir neçə saat sonra sahil suları geri qayıdıb. Alimlər bldiriblər ki, bu cür qasırğalar zamanı suyun sahildən qəfil çəkilməsi heç də sunaminin yaxınlaşmasından xəbər vermir. Lakin insanlar qurumuş sahildə gəzməkdən çəkinməlidirlər. Çünki dəniz suları qəfildən və sürətlə geri qayıda bilir.


"İrma" qasırğası dənizi necə yox etdi? (VİDEO)

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriyalı kürdlər Mənbiçdən tamamilə çıxdı
    Suriyalı kürdlərin silahlı təşkilatı YPG qüvvələrinin bazar günü Mənbiç şəhərindən tamamilə çəkildiklərini bildirib.
     17.07.2018
    Tənha səyahət edən qadın və ya kişilər müsəlman ölkələrini seçirlər - ARAŞDIRMA
    Təkbaşına səyahət edən turistlərin seçdiyi ölkələrlə bağlı araşdırma aparılıb.
     17.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ