EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:16.02.2019 00:09:21

"Sizə və əqidə dostlarıma Allaha yaxınlaşmaq üçün faydalı olacaq şeyləri təzəkkür babından xatırlatmağı lazımlı gördüm"

Qum Hövzəsinin böyük elm və irfan ustadlarından olmuş mərhum Ayətullah Səadətpərvər Pəhləvani öz tələbələrinə bir neçə şeyi tövsiyyə etmişdir. Tövsiyələrə əməl olunduğu təqdirdə böyük məqamlara yetişməyin mümkünlüyü də tövsiyələrdə qeyd edilir.

İslamazeri.com böyük irfan ustadı, mərhum Ayətullah Səadətpərvər Pəhləvaninin öz tələbəsinə yazdığı tövsiyələri diqqətinizə çatdırır:

"Bismihi Təala

Sizə və əqidə dostlarıma Allaha yaxınlaşmaq üçün faydalı olacaq şeyləri təzəkkür babından xatırlatmağı lazımlı gördüm. Dediklərim diqqətə alınaraq əməl edildiyi təqdirdə 100 illik (mənəvi-irfani) yol, bir ildə qət edilər - İnşəllah.

1.Vacib əməllər yerinə yetirilməli, haram və günahlar tərk edilməlidir..
Bu əməldən sonra imkan dairəsində müstəhəblərin yerinə yetirilməsi və məkruhların tərk edilməsi lazımdır. Müstəhəblərdən, gecə namazı qılınmalı, sübh namazından əvvəl oyanmaq və namazların vaxtında qılınması lazımdır. Quran oxumaq, Peyğəmbər (s) və Əhli-beytinə (ə) təvəssül tərk edilməməlidir.

2. Ustadın lazımlılığını dərk etmək, onun dediklərini yerinə yetirmək, hal, söz və görəcəyi müşahidə və hətta gördüyü yuxuları belə ona deməli və ustad yanında öz fikirini bildirməmək lazımdır.

3. Hər şeydə ifrat və təfritdən çəkinmək.

4.Diqqət və hissləri dağdacaq söhbətlərdən, eyni şəkildə söz və davranışlarından, qeydsiz olan dostluq münasibətlərindən çəkinmək lazımdır.

5. Müraqib olan şəxslərlə dostluq çox yaxşıdır, ancaq onların ustadının dediklərinə uyğun olmayan dediklərinə diqqət edilməməlidir. Çünki, ayrılıq yarada bilər.

6. Dünya əhli, yemək, yatmaq və hər şeyin yaxşısını əldə etməkdən başqa bir səyi olmayanlarla əlaqələr zərərlidir, ancaq zərurət miqdarı qədər olmalıdır.

7. Bu yolu gedənlərin dərdi ancaq özü olmalı və özünün mənəvi halı üçün məşğul olmalıdır. Qeybət və onun bunun dalınca danışmaqdan çəkinməlidir, hətta qeybət olmasa belə.

8. Sükuta fikir verməli, lazım olan miqdarda danışmalıdır. Çünki, (mənəvi) problemlərin çoxu dildən qaynaqlanır.

9. Nəfsani istəklərdən çəkinməli, hər hadisədə və nəfsinin itaətsizliyində heç olmasa özü üçün bir seçim nöqtəsi tapmaq üçün istiharəyə baxılmalıdır.

10. Hər iş və əməli gücü çatdığı təqdirdə etməlidir. Ustad və bu yolu gedən dostlarla müşavirə çox lazımlıdır.

11. Bu yolu gedənlər başına gələn işləri, əminlik mərhələsinə yetişənə qədər ustadından başqasına deməməlidir.

12. Allahın qullarını pisləməkdən çəkinməli, özünün islah düşüncəsinə qapılmalı və özündəki nöqtələrin üzərində möhkəm dayanmalıdır ki, beləliklə başqalarının eyibləri nəzərinə gəlməmiş olsun. Əlbəttə, "əmr be məruf" və "nəhyəz munkər" başqa mövzudur. (Bu tərk edilməməlidir).

13. Bütün mücahidə və zəhmətlər, ruhun möhkəmlənmə olması və nəfsin bu təbiət aləmindən qopmasından ötəri olduğundan onun möhkəmlənməsi üçün səy sərf edilməlidir. Onun möhkəmləndirilməsinin yolu isə zikr edilən mövzulara imkan ölçüsündə əhəmiyyət verməkdən keçər. Ehtiyac xaricindəki maddi istiqamətlərin möhkəmlətməsindən çəkinmək lazımdır".

Tərcümə İslamazeri.com tərəfindən edilib


İrfan ustadı Ayətullah Pəhləvanidən tələbəsinə TÖVSİYƏLƏR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran Netanyahunun oğlu və arvadının telefonuna sızdı - İDDİA
    İsrail mediası bu dəfə İran hakerlərinin Netanyahunun ailəsinin telefonlarına sızdığını yazıb
     20.03.2019
    Laqodexidə İmam Əlinin mövludu keçirilib - FOTO
    Gürcüstanın Laqodexi bölgəsində Şahi Vilayət - Həzrəti Əlinin (ə) mübarək mövludu münasibətilə mərasim keçirilib
     20.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ