EURO 1,8961 TRY 0,2902
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:02.07.2019 11:05:15

İraqın baş naziri Adil Abdulmehdi İraqın terrorla mübarizədə öndə gələn könüllü gücü olan "Haşdi Şabi"lə bağlı qərar verib.

İslamazeri.com "rudav"a istinadən xəbər verir ki, İraqın baş naziri Adil Abdulmehdi İraqın terrorla mübarizədə öndə gələn könüllü gücü olan "Haşdi Şabi"lə bağlı qərar verib.

Qərara görə, Ordunun bir parçası olan "Haşdi Şabi" baş komandanın əmirlərinə tabe olduğu və baş nazirin təyin etdiyi şəxsin məsul olacağı, İŞİD ilə mübarizə zamanı qrupların istifadə etdiyi ikinci adlar istifadə edilməməyi və bunun yerinə "tuğay" və "alay" kəlmələri istifadə olunacağı bildirilir.

Yeni təlimata görə, silahlı qurumlara daxil olmaq istəməyən qrupların ölkə qanunlarına əsasən siyasi partiya və qruplara çevrilə biləcəkləri, bu qrupların mülki bürolarını mühafizə etmək üçün qanuni silah saxlaya biləcəkləri, lakin bundan başqa silah gəzdirmək və saxlamaq qadağan olacağı da qeyd edilir.

Təlimatlar xaricində gizli və ya açıq şəkildə silahlı olaraq fəaliyyət göstərən qrupların qanunsuz silahlı qrup kimi qəbul ediləcəyi deyilən hərbi qərarnamədə "Şəhər və onun xaricindəki bölgələrdə Haşdi Şabiyə bağlı qrupların adını daşıyan bürolar bağlanacaq. Haşdi Şabi qruplarına bağlı bütün iqtisadi və hərbi nəzarət nöqtələri də qapadılacaq.", -deyə bildirilir.

Qərardakı təlimatların 31 İyula kimi  yerinə yetiriləcəyini istəyən baş nazir Adil Abdulmehdi "Haşdi Şabi"lə bağlı daha bir neçə addımın atılacağının anonsunu verib.


İraqın baş nazirindən "Haşdi Şabi"lə bağlı qərar - NƏ DƏYİŞİR?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ziyafət Əsgərov: “Fazil Mustafa, Milli Məclis “selfie” çəkmək yeri deyil”
    Deputat Fazil Mustafa saytlardan birinə müsahibəsində deyib ki, parlamentdə sosial şəbəkədə olan paylaşımlarımızı məhdudlaşdırırlar.
     22.10.2019
    Hacıbala Abutalıbov bundan sonra nə işlə məşğul olacaq?
    Dünən yaş həddinə görə təqaüdə göndərilən Baş nazirin keçmiş müavini Hacıbala Abutalıbov bundan sonra elmi fəaliyyətlə məşğul olacaq
     22.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ