EURO 2,0067 NEFT 75,37
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:04.03.2018 12:34:37

İraqın baş naziri Heydər Əl-Abadi İŞİD terror qruplaşmasının məğlubiyyətində Ayətullah Sistaninin fətvasını mühüm amil adlandrıb

İslamazeri.com İraq mediasına istinadən xəbər verir ki, İraqın baş naziri Heydər Əl-Abadi İŞİD terror qruplaşmasının məğlubiyyətində Ayətullah Sistaninin fətvasını mühüm amil adlandrıb. 

"Ayətullah Sistaninin cihad fətvası böyük oyanışa və qələbələrin reallaşmasına zəmin yaratdı", -deyə İraqın baş naziri əlavə edib.

Nazir həmçinin deyib: "Mən güc strukturlarından İraq torpaqlarını necə terrorçulardan təmizləndiyinin sənədli filmini hazırlamalarını və müharibənin hər anını tarix üçün saxlamalarını istəyirəm."

Əl-Abadi həmçinin İŞİD-ə vurulan zərbənin xalqın vəhdət və birliyilə baş verdiyini də unutmamağı bildirib.

Qeyd edək ki, Ayətullah Sistani özünün Kərbəladakı rəsmi nümayəndəsi şeyx Əbdülməhdi Kərbəlayi vasitəsilə İŞİD-ə qarşı cihad fətvasını açılamışdı. 

Əbdülməhdi Kərbəlayi İmam Hüseynin (ə) hərəmində təşkil olunan cümə xütbəsində müctəhidin hökmünü müsəlmanlara çatdırmışdı.

Şeyx Əbdülməhdi Kərbəlayi çıxışında bildirmişdi ki,  hazırda İraqı təhdid edən təhlükələr qarşısında hamı vətənini qorumağa qalxmalıdır və bu hamıya vacibdir. Əgər on min nəfər bu işi görə bilsə və məqsədə nail olsa, bu hökm digər müsəlmanlara vacib deyil. Amma əgər terrorçuların qarşısını almaq mümkün olmasa bu hamıya vacib olacaq. Yəni bu hökm hər kəsə vacibi-kifayidir.

"Əli silah tuta bilən hər kəs təhlükəsizlik qüvvələrinə qoşulmalıdır. Qoşunların əksəriyyəti ölkənin müdafiəsində gözəl imtahanlarla sınağa çəkilirlər. Onlara bu yolda kömək etmək, hörmət etmək, gördüyü işlərə təşəkkür etmək hər bir iraqlı vətəndaşın borcudur.", -deyə cihad fətvasında deyilirdi.

Bu açıqlamadan sonra könüllü xalq kütlələri ordunun dəstəyilə silaha sarılmış və İŞİD-ə qarşı uğurlu əməliyyatlara start verilmişdi.

İraqın “Milli Hikmət” hərəkatının rəhbəri Seyid Əmmar əl-Həkim Təlafərin terrorçulardan azad olunması zamanı Ayətullah Sistaninin fətvasının İŞİD terroru ilə mübarizədə təsirli olduğunu bildirmişdi: “Ölkənin baş naziri və ali baş komandanı olan Heydər əl-Abadini, həmçinin bu mübarizədə iştirak edənlərin hamısını təbrik edirəm. Xüsusilə İraqın nüfuzlu təqlid mərcesi Ayətullah əl-uzma Seyid Əli Sistanini bu münasibətlə təbrik edirəm.”

"İŞİD Təlafərdə məğlub oldu. Həqiqətən bu şəhəri Təl-Zəfər adlandırmaq lazımdır. İŞİD-in bu şəhərdə məğlub olması bu qrupun məhv olması deməkdir. Bu uğur münasibətilə, qələbənin əsas səbəbkarı Ayətullah Sistanini təbrik edirəm. O cihad fətvası ilə iraqlıların oyanmasına səbəb oldu.”,- deyə əl-Həkim qeyd etmişdi.


İraqın baş naziri: İŞİD üzərində qələbə Ayətullah Sistaninin fətvasına görə idi - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zərif: Nüvə silahı İranın əlindən inildəyən İsrailin əlindədir
    İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Sionist İsrailin əlindəki nüvə başlıqlarına işarə edərək, regiona yönəlmiş real təhdidə diqqət yetirilməsini istəyib.
     19.06.2018
    Kəndə bəla gəlib, heyvanlar durmadan tələf olur
    Ümumilikdə 51 baş qoyun tələf olub, 213 başı isə ağır zəhərlənib və təlafatın artacağı istisna olunmur.
     19.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ