Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:8.12.2021 15:36:37

İraq Baş naziri Mustafa əl-Kazımi ölkənin şimalındakı Mahmur şəhərinə elan edilməmiş səfərlə gəlib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Mosul əyalətinə səfəri zamanı onu İraq Baş Qərargahı və Daxili İşlər Nazirliyinin rəsmiləri müşayiət edir.

Hökumətin məlumatına görə, Baş nazir ilk olaraq Bağdaddan İraq Kürdüstanının paytaxtı Ərbilə gəlib, oradan ölkənin ikinci ən böyük şəhəri Mosula, daha sonra isə Mahmura gedib.

Hərbi formada olan əl-Kazımi Mahmurda müdafiə naziri Cuma İnadla söhbət edib.

Baş nazir “İŞİD terrorçuları ilə effektiv mübarizə məqsədi ilə təhlükəsizlik planlarının yenidən gözdən keçirilməsinin” əhəmiyyəti barədə bildirib.

O, həmçinin İraq Kürdüstanının rəsmiləri ilə də görüşüb.

Əl-Kazımi İraq ordusu və İraq Kürdüstanının Peşmərgə qüvvələrinin birlikdə anti-terror əməliyyatına başladığını elan edib.

Xatırladaq ki, son zamanlar İŞİD terrorçularının İraqda hücumlarının sayında artım müşahidə edilir.


İraqın Baş naziri İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat başlatdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • HƏMAS:
    HƏMAS-ın Qəzzadakı yüksək rütbəli rəsmisi Mahmud əz-Zəhhar ərəb hökmdarlarının öz tac və taxtlarını qorumaq üçün ərəb ləyaqət və sülh tarixini unutduqlarını bildirib.
     22.01.2022
    DSX-nın hərbi qulluqçusu intihar edib
    Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, matros Ramil Rzaquliyev intihar edib.
     22.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ