İraqda terror aktları törədilib.

İslamazeri.com-un “Rudaw”-a istinadən verdiyi xəbərə əsasən, İraqın Kərkük şəhərində silsilə partlayışlar törədilib.
Şəhərin fərqli-fərqli nöqtələrində baş vermiş terror aktları nəticəsində 6 nəfər dünyasını dəyişib, 18 nəfər isə xəsarət alıb.
Hücum içərisi partlayıcı ilə doldurulmuş avtomobillər və kustar üsulla hazırlanmış bombalar vasitəsi ilə həyata keçirilib.
Partlayışların arxasında İŞİD terror təşkilatının durduğu ehtimal edilir.
İraqda türkmanların yaşadığı şəhərdə silsilə terror