EURO 1,8991 TRY 0,294
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:02.12.2019 08:38:47

Bazar günü səsvermədən sonra baş nazirin özü də daxil olmaqla, Əbdül Mehdi hökuməti yeni hökumət seçilənə qədər müvəqqəti olaraq rəhbərlik funksiyasını yerinə yetirəcək.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, İraq parlamenti ölkədə həftələrdir hökumət əleyhinə zorakılıqlarla müşayiət olunan nümayişlərin davam etdiyi vaxt bazar günü baş nazir Adil Əbdül Mehdinin istefasını qəbul edib.

Baş nazir cümə günü istefa qərarını İraqın ali şiə müsəlman din xadimi Ayətullah Əli Əl-Sistaninin parlamenti zorakılıqların qarşısını almaq üçün tövsiyələr verdikdən sonra verib.

“İraq parlamenti prezidentdən yeni baş nazirin namizədliyini irəli sürməsini istəyəcək”, parlamentin media ofisinin açıqladığı bəyanatda bildirilir.

Qanunvericilər bildirib ki, bazar günü səsvermədən sonra baş nazirin özü də daxil olmaqla, Əbdül Mehdi hökuməti yeni hökumət seçilənə qədər müvəqqəti olaraq rəhbərlik funksiyasını yerinə yetirəcək.

Hökümət əleyhinə etirazların oktyabrın 1-də başlamasından bəri İraq qüvvələri tərəfindən azı 400 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb. Toqquşmalar zamanı təhlükəsizik qüvvələrinin də ondan çox üzvü ölüb.


İraq parlamenti baş nazirin istefasını qəbul edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “EuroHome”da sahibkarlara ödəniləcək kompensasiya ilə bağlı müzakirə keçirilib
    Sahibkarlara dəymiş ziyanla əlaqədar olaraq aparılan müvafiq araşdırmalar barədə məlumat verilib.
     13.12.2019
    ABŞ Senatı erməni soyqırımının tanınmasına dair qətnaməni qəbul etdi
    ABŞ Senatı 1915-ci ildə Osmanlı İmperiyası dövründə ermənilərin qətllərinin soyqırım kimi tanınmasına dair qətnaməni yekdilliklə qəbul edib
     13.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ