Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:22.10.2021 11:17:39

Yəhya Rəsul İraq-Suriya sərhədini tamamilə nəzarətə götürmək istədiklərini bildirib.

İraq ordusu terrorçuların ölkəyə girməsinin qarşısını almaq üçün Suriya sərhədində tikanlı məftil və gözətçi qüllələrindən ibarət 650 kilometrlik bir təhlükəsizlik baryeri quraşdırıldığını açıqlayıb.

İslamazeri.com xəbər verir ki, İraq ordusunun sözçüsü Yəhya Rəsul rəsmi xəbər agentliyi "İNA"-ya verdiyi bəyanatda Suriyada torpaqlarındakı terror təşkilatlarının hələ də ölkəsi üçün təhlükə olduğunu bildirib.

Sözçü Rəsul Suriya tərəfi ilə birlikdə gözətçi qüllələri, termal kameralar və tikanlı məftillərdən ibarət 650 kilometrlik təhlükəsizlik baryerini tamamladıqlarını vurğulayıb.

İraq təhlükəsizlik qüvvələrinin ölkə sərhədlərini yaxşı qoruduğunu ifadə edən Rəsul İraq-Suriya sərhədini tamamilə nəzarətə götürmək və terrorçuların İraqa sızmasının qarşısını almaq istədiklərini bildirib.


İraq ordusu Suriya ilə sərhədində təhlükəsizlik baryeri quraşdırdığını açıqlayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ