1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:07.02.2018 12:12:53

İraq höküməti ən təhlükəli terrorçuların adlarını açıqlayıb

İslamazeri.com "Rudav"a istinadən xəbər verir ki, İraqın Güc strukturları "ən təhlükəli terrorçular" adı ilə 13 nəfərlik ikinci siyahı yayımlayıb. Siyahıda İŞİD lideri Əbubəkr Bağdadi və köməkçilərinin adı da qeyd edilib. 

Birinci siyahı...

Bir neçə gün öncə isə, İraq Güc strukturları 60 nəfərlik siyahı yayaraq, oradakı terrorçuların axtarışını açıqlamışdılar. Bu siyahıda Bağdadinin adının olmaması diqqət çəkmişdi. Birinci siyahıda, İŞİD, "Əl Qaidə" və Bəəs partiyasının üzvlərinin adları qeyd edilmişdi.

Yeni siyahı "ən təhlükəlilər"...

İraq Güc strukturları yeni siyahı ilə ən təhlükəli terrorçuların adlarını açıqlayaraq, bu terrorçuların İnterpol vasitəsilə də axtarıldığını qeyd ediblər.

İkinci siyahı ilə bağlı "FransPress"ə danışan iraqlı rəsmi, bu siyahıdakıların ən təhlükəli olduqlarını bildirib. 

 İraq Güc strukturlarının birinci siyahısında İraq məhkəmələri tərəfindən həbs hökmü çıxarılanlarının olduğunu qeyd edərək, ikinci siyahıda beynəlxalq məhkəmələr tərəfindən həbs qərarı çıxarılan, o cümlədən İnterpolun axtardığı şəxslər olduğunu önə çəkib.

Yeni siyahıda Bağdadilə yanaşı, İŞİD üzvü 7 iraqlının adı var. Digər 5 nəfər isə Səudiyyə, İordaniya, Yəmən və Qətər vətəndaşlarıdır.

Səddam Hüseynin qızı da axtarılır...

Birinci siyahıda isə, devrilmiş diktator Səddam Hüseynin İordaniyada yaşayan qızı Ragid Hüseyn diqqət çəkir.  Birinci siyahıda 28 İŞİD, 12 "Əl Qaidə" və 20 BƏƏS partiyasının İraqda cinayətlər törədən üzvlərinin adları var. Ragid Hüseyn 2017-ci ildə İnterpol tərəfindən axtarışa verilməsinə baxmayaraq İordaniya höküməti onun təhvil verilməsindən imtina etməkdədir.

Ən təhlükəlisi - Bağdadi...

Bütün bu siyahıda olanların ən təhlükəlisi isə həqiqi adı Avat İbrahim əl-Bədri Əl-Samarayi olan Əbubəkr Bağdadidir. 2010-cu ildən İŞİD lideridir. İlk əvvəl "Əl Qaidə"nin İraq qolu olduğunu elan edən qruplaşma, daha sonra "Əl Qaidə"dən ayrılaraq tərəfdarlarını yeni "xəlifə" - İŞİD liderinə beyətə çağırmışdılar.


İraq ən təhlükəli terrorçuların adlarını açıqladı - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Maşından zibil atdı: 500 manat cərimələndi, zibili özü təmizlədi - Azərbaycanda
    Tullantı atılan ərazi milli parkın əməkdaşlarının nəzarəti ilə qanun pozucusu A.Əfəndiyev tərəfindən təmizlənib.
     15.08.2018
    İtaliyada körpü faciəsində ölənlərin sayı artdı
    Şəhər meriyası hadisə ilə bağlı 2 günlük matəm elan edib.
     15.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ