EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:13.09.2017 10:12:17

"Təktərəfli, tezbazar və güc təlqin etmək qəbul edilə bilməz. Referendum İKRR-dəki qanunlara da ziddir",- deyən Abadi "Kürd liderləri dialoq üçün Bağdada dəvət edirəm",- deyə əlavə edib.

İraq Baş naziri Heydər əl-Abadi İraq Kürd Regional Rəhbərliyinin (İKRR) 25 sentyabrda həyata keçirməyi planlaşdırdığı müstəqillik referendumunu rədd etdiklərini təkrar edərək, ölkənin parçalanmasına imkan verməyəcəklərini deyib.

İslamazeri.com ərəb mediasına istinadən xəbər verir ki, Abadi Bağdadda keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin toplantısında İKRR ilə problemlərin dialoq yolu ilə həll edilməsinin əhəmiyyətini vurğuladıqlarını bildirərək, "Nazirlər Kabineti Kürdüstandakı referendumun qanuni olmadığını xatırladıb",- deyib.

"Təktərəfli, tezbazar və güc təlqin etmək qəbul edilə bilməz. Referendum İKRR-dəki qanunlara da ziddir",- deyən Abadi "Kürd liderləri dialoq üçün Bağdada dəvət edirəm",- deyə əlavə edib.

Abadi "Kürd xalqı 2003-dən sonra əsrlərlə əldə edə bilmədiyi qazanclara sahib oldu. Bu da onların ən təbii haqqıdır",- deyən baş nazir bunları söyləyib: "Referendumu həyata keçirmək üçün atılan addımlar baş verəndə bütün qazanclarını itirəcəklər. Bizi yeni fitnəyə çəkəcək və hər kəsin zərərli çıxacağı addımlara qarşı xəbərdarlıq edirəm. Kürd qardaşlarımızın ümidinə hörmət edirəm, ancaq ölkənin parçalanmasına heç vaxt yol verməyəcəyik. Kürd xalqını bu referendumu boykot etməyə çağırıram, çünki bu heç vaxt faydalarına olmayacaq.

Qeyd edək ki, Diyalə əhalisi keçirdikləri etiraz aksiyasında artıq referenduma etirazlarını göstəriblər.


İraq Baş naziri Kürdüstan referendumu barədə danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda dəniz poliqonunda təlimlər keçirilir - FOTOLAR
    Müdafiə naziri general-polkovnik Zakir Həsənov bölmələrin döyüş qabiliyyətini, praktiki fəaliyyətini və mənəvi-psixoloji hazırlığının səviyyəsini yüksək qiymətləndirib.
     18.11.2017
    Amerika Türkiyəni təhdid etdi
    ABŞ-dan Türkiyəyə S-400 təhdidi: NATO texnologiyalarına giriş məhdudlaşdırılar.
     18.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ