EURO 1,9978 NEFT 78,59
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:5.12.2017 13:20:38

Neftçala Sənaye Zonasındakı birgə avtomobil istehsalı zavodunda tamamlama işlərinin gedişi barədə müzakirələr aparılıb

Dekabrın sonunda İranda (Astara) Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclası keçiriləcək. Bu barədə İqtisadiyyat naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşündə müzakirələr aparılıb.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə görülən işlərə və dəhlizin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə, birgə layihələrə və iqtisadi sahədə əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb. Görüşdə 2017-ci ildə Pirallahı Sənaye Parkında təməli qoyulmuş Azərbaycan-İran birgə əczaçılıq zavodunun tikintisi üzrə işlərin sürətləndirilməsinə dair müzakirələr aparılıb, Azərbaycanın Səhiyyə Nazirliyinin mütəxəssislərinin dekabr ayında Təbriz şəhərinə səfər edəcəkləri bildirilib. Bundan başqa, Neftçala Sənaye Zonasındakı birgə avtomobil istehsalı zavodunda tamamlama işlərinin gedişi barədə müzakirələr aparılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrin inkişaf etdiyini vurğulayıb, Dövlət Komissiyanın növbəti iclasında müzakirə olunacaq məsələlərə dair fikirlərini bildirib. İqtisadiyyat naziri hər iki ölkənin aidiyyəti qurumlarının iştirakı ilə “Xudafərin” və “Qız Qalası” Sazişi üzrə “Birgə Texniki Komissiya”nın ilk iclasının da dekabr ayında İranın Xudafərin şəhərində keçirilməsini təklif edib.

İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlrinə dair fikirlərini bölüşüb, iranlı investorların Azərbaycanda sənaye sahəsinə investisiya qoymaqda maraqlı olduqlarını, Azərbaycan-İran Ticarət Palatasının yardaılmasını təklif edib. 


İranlı investorlar Azərbaycana investisiya yatırmaqda maraqlıdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Astanada Xəzərin statusu üzrə işçi qrupunun iclası keçirilir
    Danışıqlarda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edir.
     21.05.2018
    Bakıda parkda soyğunçuluq edən şəxslər tutulub
    Faktlarla bağlı rayon polis idarələrində araşdırmalar aparılır.
     21.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ